Yatanda ağzınızdan su gəlir? - Nəyin əlamətidir?
Ağız suyu – ağız içindəki bakteriyaları öldürmək və həzmi başlatmaq üçün ifraz edilən mayedir. Son illərdə yatarkən ağzınızdan su gəlməsi tez-tez rast gəlinən hal olub. Bir çoxları yatarkən bunu hiss etmədiyi üçün problemə ciddi yanaşmır. Ağızdan su axmasının bir neçə səbəbi ola bilər.
Buna adətən kiçik uşaqlarda və körpələrdə rast gəlinir, amma müəyyən yaş kateqoriyasına aid edilmir. İstənilən yaşda insan bu xoşagəlməz halla üzləşə bilər.
KONKRET.az xəbər verir ki, ağzı açıq yatmaq və bu şəkildə oyanan zaman ağızdan su gəlməsi səhv yuxu pozası, diş problemləri, allergiya, reflüks, parkinson xəstəliyi, diş çıxarma, dərmanların əks təsirləri, sinir sistemi pozğunluqları, ağız anatomiyasında problem və ya qıl qurdu kimi təsirlərin nəticəsidir.
Ağız quruluşunuz da tüpürcək axmasına səbəb ola bilər. Bəzi insanlar, yatarkən dodaqlarını bağlamaqda çətinlik çəkər. Dilin böyük olması, genişlənmiş badamcıq, çapraz dişlərdən, ya da şişmiş burun əti də dodaqların bağlanmasına çətinlik yaradır.
Qarşısını almaq mümkündürmü?
Yuxuda olan zaman ağzınızdan su axması məlum olmayan sağlamlıq problemindən də ortaya çıxa bilər. Ən yaxşı müalicə üsulunu təyin etmək üçün əvvəlcə problemi müəyyənləşdirməlisiniz. Vaxt itirmədən allergiya, zəhərlənmə, sinus infeksiyası, badamcıqlar, diş problemləri və ya ruh və sinir xəstəlikləri kimi xəstəliklərin müalicəsi üçün həkimə müraciət edin.
Ağzınızdan su gəlməsi hər hansı ciddi xəstəlik əlaməti deyilsə, öz üsullarınızla bunun qarşısını ala bilərsiniz. Məsələn, yastıq alçaqdırsa, onu hündürüylə dəyişdirə bilərsiniz.
Həmçinin şübhəli dərmanlardan istifadə etdikdə orqanizminizdə dəyişiklik yaranırsa, həkiminizə bildirin.
Burun əti və ya anatomik pozğunluq olursa, qulaq, burun, boğaz həkiminə gedib vəziyyət aydınlaşdırın və müvafiq müalicəyə başlayın.
Həkimlər arxasıüstə yatmağı tövisyə edir. Çünki arxası üstə yatmaq ağız suyunun, boğazdan aşağıya doğru axmasını təmin edir. Arxasıüstə yatmağa başlasanız, vəziyyətinizdə əhəmiyyətli dəyişiklik olduğunu görəcəksiniz. Bədəninizin şaquli vəziyyətdə olması kömək edəcək ki, ağzınız qapalı qalsın.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
İlham Mayılov vəfat etdi
Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı