Yaxın Şərqdə YENİ CƏBHƏ - Gərginlik artır

Yaxın Şərqdə YENİ CƏBHƏ - Gərginlik artırYaxın Şərqdə İsrail ilə İran arasında yeni cəbhənin açıldığı ortaya çıxıb.
Publika.az xəbər verir ki, "The Wall Street Journal"ın yazdığına görə, İsrail 2019-cu ildən bəri müxtəlif su yollarında Suriyaya neft daşıyan azı 12 İran tankerini hədəf alıb. Nəhayət, keçən çərşənbə Aralıq dənizində İran yük gəmisinə hücum edilib.
ABŞ və regional mənbələrə əsaslanan qəzetin xəbərinə görə, 2019-cu ilin son aylarında başlayan hücumların hədəfləri İran gəmiləri və ya İran yüklərini daşıyan gəmilər olub. İsrailin Qırmızı dənizdəki və digər yerlərdəki bəzi hücumlarının İranla əlaqəli silah tədarükünün qarşısını almaq məqsədi daşıdığı da bildirilib.
İran tankerlərini və yüklərini hədəf alan hücumlarda İsrailin mina və ya fərqli silah sistemlərindən istifadə etdiyi qeyd edilib. Hücumlarda hədəf alınan tankerlərin heç birinin bu vaxta qədər batmadığı, ancaq azı iki gəminin İran limanlarına qayıtmalı olduğu vurğulanıb. İranın ABŞ-ın investisiya qərarlarına baxmayaraq, Suriyaya neft ixracatını davam etdirdiyi qeyd olunub.
Xəbər yayılandan bir gün sonra Aralıq dənizində üzən İran yük gəmisinin naməlum təcavüzkarlar tərəfindən hədəf alındığı məlum olub. İran mətbuatı hücumun baş verdiyi gəminin gövdəsinin zədələndiyini bildirib. İran Gəmiçilik Şirkətinin sözçüsü Əli Qiyasiyan yerli mətbuata açıqlamasında Avropaya gedən ticarət konteyner gəmisinə partlayıcı maddələrlə terror hücumu təşkil edildiyini söyləyib. İran rəsmiləri bu hadisəni dəniz quldurluğu olaraq ifadə ediblər.
Fevral ayında İsrailə məxsus yük gəmisi Oman körfəzində partlamışdı. Səudiyyə Ərəbistanından İndoneziyaya üzən "MV Helios Ray" yük gəmisindəki partlayışdan sonra İsrail səlahiyyətliləri İranı günahkar kimi təqdim edən açıqlamalar veriblər.
Akqabay

Dünya       Tarix: 14 mart 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Borrel Donbasa gedəcək - Təmas xəttində

Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ukraynaya səfər edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında deyilir. Ali komissarın 4-6 yanva

Pentaqon rəhbəri koronavirusa yoluxdu

ABŞ Müdafiə naziri Lloyd Ostin koronavirusa yoluxub. xəbər verir ki, bu barədə Pentaqonun rəsmi saytında yerləşdirilmiş bəyanatda deyilir. Qeyd olunur ki, nazir məzuniyyətdə olarkən özündə koronavirusun əlamətlərini his

Qumbaraya oxşayan nəsnəyə görə 10 nəfər TƏXLİYƏ EDİLDİ

Moskvanın şimalında qumbaraya bənzər obyektə görə 10 nəfər evlərindən təxliyə edilib. xəbər verir ki, bu barədə "RİA Novosti"yə ölkənin Fövqəladə Hallar Xidmətinin sözçüsü məlumat verib. Onun sözlərinə görə, Şimal-Şər

Ermənistan Azərbaycana görə Zəngəzurun mərkəzini dəyişir

Ermənistan hökuməti Zəngəzur (erməni dilində Sünik) bölgəsinin mərkəzini Qafan şəhərindən Sisian (Qarakilsə) şəhərinə köçürmək istəyir. xəbər verir ki, Ermənistan mediası hazırda bununla bağlı müzakirələrin getdiyini yazır

Tacikistanda 4,2 bal gücündə zəlzələ oldu

Tacikistanda 4,2 bal gücündə zəlzələ baş verib. -ıın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri əhalisi təxminən 11 min nəfər olan Murqob şəhərindən 69 kilomet

Avropa iki aydan sonra qazsız qala bilər

"Avropanın şaxtalı hava və anbarlardakı mavi yanacaq ehtiyatlarının az olması səbəbindən yaxın iki ayda qazsız qalma riski var". xəbər verir ki, bu barədə "Bloomberg" nəşrində dərc edilən məqladə yer alıb

ABŞ Rusiya ilə razılaşmaya görə BU ÖLKƏLƏRİ qurban verəcək - ŞOK İDDİA

ABŞ Rusiya ilə strateji razılaşmaya Baltikyanı ölkələri qurban verə bilər. xəbər verir ki, bu barədə amerikalı analitik Devid Payn "The National Interest" jurnalında dərc olunan məqaləsində qeyd edib. Nəşrdə eksper

SON DƏQİQƏ: Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Almatı və Manqistau vilayətində fövqəladə vəziyyət elan edilib. "Sputnik Qazaxıstan"a istinadla xəbər verir ki, bununla bağlı ölkə başçısı Kasım-Jomart Tokayev sərəncam imzalayıb. Sərəncama əsasən, yanvarın 5-

80 il əvvəl yoxa çıxan sualtı qayıq TAPILDI

Yunan dalğıcları Egey dənizinin dibində 80 il əvvəl yoxa çıxan italyan sualtı qayığını tapıblar. xəbər verir ki, bu barədə "Ekspress" məlumat yaydı. Bildirilib ki, "Jantina" sualtı qayığı göyərtəsind


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler ensonxeberler beynelxalq bank mezenne hava durumu