Yaxşı oğlanları saxlamayın, komandir" dedi, həbs olundu
Bakıda yolda hərəkətdə olarkən polislərə "yaxşı oğlanları saxlamayın, komandir" deyən şəxs həbs edilib.
"Qaynarinfo"nun məlumatına görə, hadisə 11 avqust 2023-cü il tarixdə, təxminən saat 17:00 radələrində baş verib.
1990-cı il Bakı şəhərində anadan olan Hacıəli içkili olduğu üçün "Ford Transit" markalı avtomobilini dostu idarə edib. Özü isə sərnişin qismində hərkətdə olarkən avtomobilin şüşəsini aşağı salıb, əlini bayıra çıxararaq polislərə "yaxşı oğlanları saxlamayın, komandir" deyib. Buna görə polislər onları Sabunçu körpüsünün yaxınlığında saxlayıb, onun kəmərdən istifadə etmədiyini, polisləri təhqir etdiyini deyiblər. Bu hərəkətinə görə həmin şəxs məcburi qaydada avtopatrula əyləşdirilərək, polis bölməsinə aparılıb, nəqliyyat vasitəsini isə şəxsin etibarnaməsi olmadığına görə duracağa aparıblar.
Hacıəli məhkəmədən iki azyaşlı uşağının olduğunu, cavan qardaşının vəfat etdiyini nəzərə almağı məhkəmədən xahiş edib. Cavan qardaşının ölümünə üzülərək içki içdiyini deyib.
Məhkəmənin qərarı ilə Hacıəli İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib. / azxeber.com

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi