Yəhudilərdən etiraz: Hitlerin xanımının əşyaları hərracda

Yəhudilərdən etiraz: Hitlerin xanımının əşyaları hərracdaAvropa Yəhudi Assosiasiyası (EJA) Almaniyada Adolf Hitlerin rəfiqəsi Yeva Braunun paltarlarının və şəxsi əşyalarının hərracının keçirilməsinə etiraz edib.
Axar.az xəbər verir ki, EJA-nın bəyanatında bu əşyaların heç bir tarixi dəyərinin olmadığı və nasizm ideologiyasını təbliğ edən adamlar tərəfindən satın alındığı qeyd olunub.
Qeyd edilib ki, hərracda gümüşlə cildlənmiş Hitlerin "Mayn Kampf" kitabı da olub. Yeva Braunun gümüşdən olan poçt qutusu 10 min 500 avroya, Hitlerin gümüş çərçivədə və avtoqrafı olan fotoşəkli isə 46 min dollara satılıb.
EJA-nın sədri, ravvin Menahem Marqolin Almaniyanın siyasi liderlərinə ünvanladığı məktubda öz narahatlığını ifadə edib. O qeyd edib ki, "hərrac nasistləri təbliğ etmək, onlara simpatiyasını göstərmək istəyənlər üçün fürsət olub". Ravvin əlavə edib: "Mən başa düşürəm ki, nasist xatirə əşyalarını almaq və satmaq qeyri-qanuni deyil. Mənim müraciətim də hüquqa əsaslanmır. Amma mənəviyyat çox mühümdür. Bu, yanlışdır".
Hərrac Evinin direktoru Bernhard Paçer DPA informasiya agentliyinə müsahibəsində deyib: "Bizim hərracda iştirak edən müştərilər muzeylər, şəxsi kolleksiya sahibləridir və biz onlara hər cür qədim əşyalar təklif edirik". O əlavə edib ki, yəhudi icmasının həssaslığı baxımından bu əşyaların hərracında "yanlış adamların" iştirak etməməsinə diqqət yetirilir.
Adolf Hitlerin məktubları da daxil olmaqla şəxsi əşyalarının satışa çıxarıldığı daha bir hərrac Münxen şəhərində keçirilib. /publika.az

Dünya       Tarix: 21 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Ötən sutka ərzində yoluxma sayı 829 minə yaxınlaşdı

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 829 min nəfərə yaxın olub. pandemiyanın onlayn statistikasını aparan " saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 828 min 925 nəfə

Çində GÜCLÜ ZƏLZƏLƏ: xəsarət alanlar var

Çinin cənub-qərbindəki Yunnan əyalətində 5,5 bal gücündə zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Çinin Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Ninlan vilayətində, ocağı isə 10 km dərinlikdə yerləşib

Qazaxıstanda etirazçılardan 11 ŞƏRT

Qazaxıstanın digər şəhərlərində sakitlik hökm sürsə də, Almatı və Aktauda etirazçılar yenidən küçələrə çıxıb. Qazaxıstan mediasına istinadla xəbər verir ki, onların şərtləri aşağıdakılardır:. "Birinci tələb ərzaq qiymətlərini

Qumbaraya oxşayan nəsnəyə görə 10 nəfər TƏXLİYƏ EDİLDİ

Moskvanın şimalında qumbaraya bənzər obyektə görə 10 nəfər evlərindən təxliyə edilib. xəbər verir ki, bu barədə "RİA Novosti"yə ölkənin Fövqəladə Hallar Xidmətinin sözçüsü məlumat verib. Onun sözlərinə görə, Şimal-Şər

Dünyada 45 jurnalist iş başında öldürülüb - 2021-Cİ İLDƏ

2021-ci ildə dünyanın 20 ölkəsində 45 jurnalist və media işçisi peşə borcunu yerinə yetirərkən baş vermiş insidentlər nəticəsində qətlə yetirilib. -ın məlumatına görə, Beynəlxalq Jurnalistlər Federasiyasının (IJF) paylaşdığ

Pentaqon rəhbəri koronavirusa yoluxdu

ABŞ Müdafiə naziri Lloyd Ostin koronavirusa yoluxub. xəbər verir ki, bu barədə Pentaqonun rəsmi saytında yerləşdirilmiş bəyanatda deyilir. Qeyd olunur ki, nazir məzuniyyətdə olarkən özündə koronavirusun əlamətlərini his

Haitinin Baş nazirinə sui-qəsd cəhdi oldu

Naməlum şəxslər Haitinin Baş naziri Ariel Anriyə qarşı sui-qəsd törətmək istəyiblər. "Telesur" kanalına istinadla xəbər verir ki, hadisə Qonaiv şəhərində ölkənin 218 illiyi münasibətilə keçirilən tədbirdə baş verib

Bu ay Yer kürəsində 6 maqnit qasırğası olacaq

Cari lilin yanvar ayının ortasında Yer kürəsinin sakinləri maqnit qasırğaları ilə üz-üzə qalmalı olacaqlar. xəbər verir ki, bu barədə P.N. Lebedeva adına Fizika İnstitutu məlumat yayıb. Belə ki, 11, 12, 15, 17, 18 yanva

80 il əvvəl yoxa çıxan sualtı qayıq TAPILDI

Yunan dalğıcları Egey dənizinin dibində 80 il əvvəl yoxa çıxan italyan sualtı qayığını tapıblar. xəbər verir ki, bu barədə "Ekspress" məlumat yaydı. Bildirilib ki, "Jantina" sualtı qayığı göyərtəsind


son xeberler yeni xeberler azerbaycan xeberleri xeber.az 2026 meherremlik 2026 xeber metbuat