Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: "QAZel"in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO

Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: "Qara maskalı"lar bizə dedilər ki, qol çəkib Ukrayna ilə müharibəyə getməlisiniz. Qol çəkməsəniz, sizin bütün bədəninizi qırıq-qırıq edəcəyik".
azxeber.com xəbər verir ki, bunu APA-ya açıqlamasında Yekaterinburqda Rusiya hüquq-mühafizə orqanlarının basqınına və işgəncələrinə məruz qalan Vüqar Səfərov bildirib.
O, iyunun 27-də səhər saatlarında baş verən hadisənin təfərrüatlarını danışıb:
"Evdə yatmışdıq, səhər saat 5-də qapı döyüldü. Gördük ki, qapını qırırlar. Anam gəldi qapıya, qışqırdı ki, polislərdi. Anam onlardan sənədlərini göstərməsini istədi. Onlar qapını açmağı təkid etdilər. Maskada idilər. O anda gördüm ki, qapını lomla qırdılar. Anama bir şillə vurub, atdılar qırağa. Qaçdılar mənim, qardaşımın və atamın üstünə, bizi möhkəm döydülər. Hamımızı otaqda uzandırdılar yerə. Bizi elektroşokla vurdular. "Dubinka" ilə, "montirovka" ilə döyürdülər. Evdəki stolları belimizdə qırdılar. Bizi bir saat döydülər. Döyəndən sonra əllərimizi qandalladılar, apardılar Frunze 74 ünvanındakı bölməyə… Yolda bizi, qardaşımla məni bir maşına, "Qazel"ə uzandırdılar, atamı başqa maşınlar apardılar. "Qazel" içi palçıq idi, yolda bizi məcbur edirdilər ki, maşının içindəki palçığı yeyək. Deyirdilər ki, bu palçığı sizə yedirdəcəyik. Yemədiyimizə görə döyürdülər. Bölməyə çatana kimi döydülər. Çatdıq, bizi qaldırdılar beşinci mərtəbəyə. Orda da həmin şiddəti tətbiq etdilər. "Toka" verdilər, elekroşokla vurdular. "Dubinka, "remen"lə vurdular. İt yerinə qoymurdular. Bizi iki qardaş - mən və qardaşım Məhəmmədi bir otaqdaydıq, atam Məzahir Səfərovu isə başqa yerə apardılar. Gördüm ki, atam qışqırır. Atama "tok" verirdilər. Atam qışqırırdı ki, ürəyim xəstədi, ürəyimdə stend var. Atam elə dedikcə, onlar təhqir edib, ürəyinə "tok" verirdilər. Bizi axşama kimi saxlayıb, döydülər. Ayaz Səfərovu, Akif Səfərovu döyüb toka verdilər. Bir anda eşitdim ki, deyirlər ölənlər var. "İki nəfər öldü" deyirdilər. Fikirləşdim ki, ay Allah, bu kimlərdi? Axşam saat 9 olardı, gördüm atama qışqırırlar ki, "Sənin qardaşlarını, oğlanlarını, hamını öldürəcəyik, günahını etiraf elə, imza at".
Vüqar Səfərovun sözlərinə görə, onlara bildirilib ki, Ukrayna ilə müharibəyə getməlidirlər: "Bizə dedilər ki, indi idarədən gəlirlər, bizə SVO-ya (xüsusi hərbi əməliyyat-Ukrayna cəbhəsi-red) getməliyik. Müqavilə bağlayacağıq, qol çəkəcəksən. Müqaviləyə qol çəkməsən, sizi qırıq-qırıq edəcəyik. Qol çəksən, sizi səhər müharibəyə göndərəcəyik. Bu vaxt atam gəldi. Onun qabırğalarını qırmışdılar. Arxasında təcili tibbi yardım maşını çağırmışdılar. Atam dedi ki, sizi buraxacaqlar, evdəkilər sizə əmanət. Atam danışa bilmirdi, nəfəs ala bilmirdi. Atam onlardan soruşdu ki, 100 faiz uşaqlarımı, qardaşlarımı buraxacaqsınız, dedilər "hə". Bizi buraxdılar, amma əmimgili buraxmadılar. Çıxanda da eşitdim ki, iki əmim rəhmətə gedib".
V. Səfərov onlara işgəncə verənlərin özlərini təqdim etmədiklərini, "Rosqvardiya"nın binasına apardıqlarını söyləyib: "Biz idarədən çıxanda yeriyə bilmirdik. Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu gəlmişdi. Onlarla birlikdə oradan çıxdıq".
V. Səfərov qohumları Kamal Qədimalı oğlu Səfərovun hazırda xəstəxanada olduğunu da bildirib: "Kamalın da ürəyində stend var. Ona o qədər "tok" veriblər ki, vəziyyəti pisləşib. Götürüb aparıb ürək xəstəxanasında əməliyyat etdiriblər. İndi polislər onun yanındadır. Dediklərinə görə, əməliyyatdan sonra ayılıb. Başqa heç kəsdən xəbər yoxdur".
V. Səfərov bu hadisə nəticəsində iki nəfərin, əmiləri Ziyəddin və Hüseyn Səfərovların öldüyünü bildirib. Onun sözlərinə görə, dörd nəfər də hazırda xəstəxanadadırlar: "Onlardan birinin adı Əzizdir, Biləsuvar rayonundandır. Digərinin adı isə Əhlimandır. O isə Masallı rayonundandır. O birilərini isə tanımıram".

Sosial       Tarix: 29 iyun 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Bakıda qardaş kürəyindən bıçaqlandı - Bacı şübhəli bilinir

Bakının Suraxanı rayonunda qardaşla bacı arasında bıçaqlanma hadisəsi baş verib. 1990-cı il təvəllüdlü Qurbanov Rəfael Səfərəli oğlu bacısı Qurbanova Sura Səfəralı qızını bıçaqlayıb. Daha sonra S.Qurbanova da qardaşını kürəyində

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən ən son xəbərlər qurban bayrami 2026 cəbhədən son xeber cəbhədən görüntülər