Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı
İyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində yerli hüquq mühafizə orqanları tərəfindən saxlanılan azərbaycanlıların işi üzrə məhkəmə keçirilib.
KONKRET.az APA-ya istinadən bildirir ki, 2001,2010 və 2011-ci illərdə baş vermiş cinayət işləri üzrə təqsirləndirilən Məzahir, Ayaz, Akif, Bakir və Kamal Səfərovlar, Əhliman Gənciyev, Şahid Lalayev və Əziz Abbasov barəsində həbs qətiimkan tədbirinin uzadılmasına baxılıb.
Məhkəmə saxlanılan şəxslərin hamısı barəsində həbs qətiimkan tədbirinin daha üç ay müddətinə uzadılması barədə qərar verib, azərbaycanlıları oktyabrın 19-dək həbsdə saxlayıb.
Məhkəmə prosesləri qapalı, medianın iştirakı olmadan keçirilib. Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğunun əməkdaşları proseslərdə iştirak ediblər.
Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti, İstintaq Komitəsi və Rosqvardiya Yekaterinburqda azərbaycanlıların evlərinə basqın edib, 10-dan çox şəxsi saxlayıblar. Saxlanılan şəxslər Rosqvardiyanın idarəsinə gətirilərək onlara işgəncə verilib. Nəticədə iki Azərbaycan vətəndaşı – Ziyəddin Səfərov və Hüseyn Səfərov ölüb, bir neçə nəfər yaralanıb.

Azərbaycanlı futbolçu "Qalatasaray"da
Renat Dadaşov Ukrayna klubuna keçdi
17 yaşlı tələbə qız faciəvi şəkildə öldü
Bakıda qadın stəkanla döyüldü
Dünya bazarında neft bahalaşdı
"Liverpul" 18 yaşlı hücumçu aldı
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Zəngəzur dəhlizi üçün yeni tarix açıqlandı
Zelenskinin ofisində axtarış aparıldı
Zelenski Rusiyanın zərbələrinə cavab hazırladıqlarını açıqladı
"100 dollar götürdük, çox utanırdım" - Emindən maraqlı etiraf
Elgiz yeni verilişinin tarixini açıqladı
Tatlısesin son görüntüsü - sevənləri kədərləndi - Foto
Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO