Yelo Bank 3-cü rübü uğurla başa vurdu

Yelo Bank 3-cü rübü uğurla başa vurduYeloBank 2022-ci ilin üçüncü rübü üzrə maliyyə hesabatını açıqladı. Bank əsasmaliyyə göstəriciləri üzrə pozitiv artım dinamikasını qorumaqla rübütamamlayıb. 
azxeber.com xəbər verir ki, cariilin əvvəlindən Bank 3.2 mln manat xalis mənfəət əldə edib. Hesabata görə üçüncü rübün sonunda Bankın cəmiaktivləri 795 milyon manatı ötüb. 
Həm biznes, həm də istehlak kredit portfelində müsbət artım tendensiyası bu rübdə davam edib. İlin əvvəlindən Yelo Bank-ın kredit portfeli 134 mln manatartaraq 580 mln manat olub. Bu müddət ərzində portfelin mühüm hissəsini təşkiledən biznes kreditlərinin həcmi 362 mln manata çatıb. Bu da ötən ilinanaloji dövrü ilə müqayisədə 60% artım deməkdir. Qeyd edək ki, kredit portfeli əsasən mikro,kiçik və orta sahibkarların maliyyələşdirilməsi hesabına artıb.
Hesabat dövründə 6 mindən çox müştəriyə 53 mln manat istehlak krediti verilib.Bu satışın 33%-i onlayn kanallar vasitəsilə həyata keçirilib. Nəticədə il ərzindəümumi istehlak kredit portfelinin həcmi artaraq 200 mln manata yüksəlib.
Bu dövr üzrə əmanət portfelində də artım müşahidə olunur. İlin əvvəlindən 6mindən çox müştəri 215 mln manatdan çox vəsaitini Yelo Bank-a etibar edib. NəticədəBankın depozit portfeli 36%-lik çoxalma ilə 550 mln manatı keçib. 
Eyni zamanda hesabat dövrü ərzində Bankın faiz gəlirləri ötən ilin analojidövrü ilə müqayisədə 35% artaraq 62 mln manata çatıb.
Hazırda Bankın məcmu kapitalı 93 mln manat təşkil edir. Bu göstərici dərequlyativ tələbdən 43 mln manat çox olmaqla Bankın güclü kapital dayanıqlığınıifadə edir. Məcmu kapitalın adekvatlıq əmsalı 13.93%, birinci dərəcəlikapitalın adekvatlıq əmsalı isə 8.44% olmaqla, hər iki göstərici üzrə tələbolunan normanı üstələyir.  
Yelo Bank-ın uğurları bununla bitmir. Nağdsız əməliyyatlarınstimullaşdırılması istiqamətində Bank cari il ərzində mühüm layihələr və xidmətlərtəqdim edib. Bütün bunların nəticəsi olaraq 2022-ci ilin əvvəlindən Bankınnağdsız ödəmə dövriyyəsi 70%-dək çoxalıb. Kart hesabındakı qalıq vəsaitlərin həcmiisə ikiqat artıb. Bu tədbirlərin davamı kimi Yelo Bank il sonunadək daha birneçə innovativ funksionallıqların təqdim etməyiplanlaşdırır.
Bank xidmətləri haqqında əlavə sualınız var? Ozaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!

İqtisadiyyat       Tarix: 27 oktyabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən şad xəbər son xabarlar gunun xeberleri cəbhədən son durum