Yelo Bank-ın dəstəyi ilə PR Forum 2025 uğurla keçirildi
10 oktyabr 2025-ci ildə Finance Time şirkətinin təşkilatçılığı, Yelo Bank-ın dəstəyi ilə yerli kommunikasiya mütəxəssisləri, media nümayəndələri, dövlət və özəl sektor təmsilçilərinin iştirakı ilə PR Forum 2025 baş tutdu.
Forumun builki mövzusu çağdaş dövrün ən aktual çağırışlarına – brend etibarı, dezinformasiya və Korporativ Sosial Məsuliyyət (KSM) məsələlərinə həsr olunmuşdu. Tədbir çərçivəsində müasir PR strategiyaları, onların tətbiqi və uğurlu təcrübələr ətrafında peşəkar müzakirələr aparıldı.
Tədbirin açılışında Yelo Bank İdarə Heyətinin sədr müavini Günay Cəlilova çıxış edərək qonaqları salamladı. O, PR-ın yalnız "ictimaiyyətlə əlaqələr" kimi deyil, daha geniş mənada kommunikasiya üslubu olduğunu vurğuladı – insanla insan, brendlə insan, hətta keçmişlə gələcək arasında körpü rolunu oynayan bir üslub. Onun sözlərinə görə, belə forumlar həm peşəkarların təcrübə mübadiləsi, həm də gənc mütəxəssislərin inkişafı üçün mühüm platformadır.
Forumun əsas panellərində bu mövzular müzakirə olundu:
• Dezinformasiyanın artdığı dövrdə brend etibarını qorumaq yolları
• Korporativ Sosial Məsuliyyətin şirkət imicinə və cəmiyyətə təsiri
• Krizis şəraitində effektiv kommunikasiya üsulları
• Azərbaycandan və dünyadan uğurlu PR kampaniyaları
Panel müzakirələrində yerli və xarici PR mütəxəssisləri çıxış edərək, öz sahələrində tətbiq etdikləri strategiyaları və real təcrübələrini bölüşdülər. Forum həmçinin gənc kommunikasiya mütəxəssisləri üçün öyrənmək, şəbəkələşmək və ilham almaq baxımından dəyərli imkan yaratdı.
Yelo Bank isə bundan sonra da bilik mübadiləsini, innovativ yanaşmaları və sosial məsuliyyət dəyərlərini gücləndirən layihələri dəstəkləməyi hədəfləyir.
Bank xidmətləri haqqında ətraflı məlumat almaq istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!







/ azxeber.com

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam