Yeni dövrün başlanğıcı: Prezidentin Qazaxıstan səfəri necə xarakterizə edilir? - ƏTRAFLI

Yeni dövrün başlanğıcı: Prezidentin Qazaxıstan səfəri necə xarakterizə edilir? - ƏTRAFLIAzərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri nəinki regionun, eləcə də dünyanın diqqət mərkəzindədir və geniş müzakirələrə yol açıb. Ölkə başçılarının regional və beynəlxalq problemləri, eləcə də qarşılıqlı əlaqələrinin perspektivlərini və daha da dərinləşdirilməsi istiqamətlərini müzakirə etmələri yeni dövrün başlanğıcı kimi xarakterizə olunub. Bir çox yerli və beynəlxalq ekspertlər isə İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə səfərlərini olduqca vacib əhəmiyyətli hadisə kimi dəyərləndirirlər.
Mövzunu KONKRET.az-a şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə,  Prezidentin Qazaxıstan səfəri digər Mərkəzi Asiya ölkələrinə səfərin davamı kimi xarakterizə edilə bilər: "Göründüyü kimi Azərbaycan tərəfinin Mərkəzi Asiya ölkələri ilə ciddi siyasi-iqtisadi və nəqliyyat sahəsində geostrateji planları mövcuddur. Ölkə başçısının Qazaxıstan səfəri də məhz bu konteksdən dəyərləndirilməlidir. Artıq Qazaxıstanın da əsas seqment kimi çıxış etdiyi "orta dəhliz" formalaşır. Həmçinin Qazaxıstan neftinin artıq Rusiya yox,  Azərbaycan (Xəzər dənizi vasitəsilə) üzərindən daşınması da planlaşdırılır. Bu məsələlərin səfər çərçivəsində müzakirə edildiyini söyləmək olar. Bu səfər Qazaxıstan və Azərbaycan müttəfiqliyinin yeni başlanğıcı kimi də xarakterizə edilməlidir. Həmçinin Rəsmi Bakı bu ölkələrlə əlaqələri gücləndirməklə yeni dünya nizamında Mərkəzi Asiya-Azərbaycan-Avropa İttifaqı ilə birgə əməkdaşlıq həyata keçirməyə çalışır. Çünki Mərkəzi Asiyanın karbohidrogen yataqları və nəqliyyat qovşağı Azərbaycan üzərindən keçəcək".
Yeni dövrün başlanğıcı: Prezidentin Qazaxıstan səfəri necə xarakterizə edilir? - ƏTRAFLIPolitoloq əlavə edib ki, Azərbaycan həm neft, həm də nəqliyyat sektorunda əsas ölkə kimi tanınır: "Rəsmi Bakı ilə Qazaxıstan arasında bu kimi məsələlərdə razılığın əldə olunması, hərbi-texniki mövzularda əməkdaşlığın yaradılması mümkündür. Düşünürəm ki, bu səfər Qazaxıstan və Azərbaycan arasında yeni bir strateji mərhələnin başlanğıcıdır. Eyni zamanda Qazaxıstan KTMT üzvüdür və Azərbaycan bu təşkilat çərçivəsində Ermənistanı sıxışdırmağı bacarır. Üstəlik, Azərbaycan Qazaxıstanın Qərbə açılan qapısı rolunu da oynayır. Xəzər dənizi vasitəsi ilə Qazaxıstan neftinin daşınması, həmçinin bu məhsulları qəbul etmək üçün "Səngəçal"da yeni bir kiçik terminalın tikilməsi iki ölkə arasında müxtəlif sahələrdə razılaşmaların olduğunu deməyə əsas verir. Bu, yeni dövrün başlanğıcıdır. Demək olar ki, Qərb Azərbaycan üzərindən Mərkəzi Asiya ilə əməkdaşlıq edəcək. Bu xüsusda Prezidentin ard-arda Mərkəzi Asiya ölkələrinə səfərini yüksək qiymətləndirmək lazımdır".
Müşviq Tofiqoğlu,
KONKRET.az

Siyasi       Tarix: 11 aprel 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Şimali Kipr Türk Respublikasından Azərbaycana təbrik

Şimali Kipr Türk Respublikası (ŞKTR) Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyi öz "X" hesabındakı paylaşımda bildirib

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən xəbər sou xeberler cəbhədən son xeber son xeberler bugun 2026 azerbaycan