Yeni pandemiya Sibirdən gələcək – Alimlərdən XƏBƏRDARLIQ
Mütəxəssislər Sibirin donmuş ərazilərində aşkar edilən viruslar səbəbindən yeni pandemiya təhlükəsindən ehtiyat edir.
Ehtimal edilir ki, Sibir viruslarının qlobal istiləşmə səbəbindən yayılma riski var. Bunlara "Methuselah mikroblarının" ştammları və ya zombi virusları da deyilir.
Alimlər xəbərdarlıq edir ki, növbəti pandemiyanın səbəbi yeni viruslar deyil, uzaq keçmişdən gələn xəstəlik ola bilər. Bununla əlaqədar bioloqlar qədim mikroorqanizmlərin yaratdığı xəstəlikləri müəyyən etməlidir. Artıq Arktika monitorinq şəbəkəsinin yaradılması prosesi başlayıb. Xidmət yoluxmuş şəxslərə karantin və ixtisaslı tibbi yardım göstərəcək, həmçinin yoluxma zonasında insanların hərəkətinə nəzarət edəcək.
Marsel Universitetinin professoru, genetik Jan-Mişel Klaveri bildirib ki, hazırda pandemiya təhlükəsinin təhlili cənub bölgələrində yarana və sonra şimala yayıla biləcək xəstəliklərə yönəlib: "Bununla belə, Şimaldan Cənuba yayılma ehtimalı olan epidemiya təhlükəsinə az diqqət yetirilir. Orada insanları yoluxdura və yeni epidemiyaya səbəb ola biləcək təhlükəli viruslar var".
Klaveri 2014-cü ildə Sibirdə tədqiqat aparan qrupa başçılıq edib. Araşdırmalardan sonra məlum olub ki, oradakı virislar minilliklər ərzində donmuş halda qalıblar və hələ də təkhüceyrəli orqanizmləri asanlıqla yoluxdurmaq gücündədirlər.
Vəli Həsənov,
KONKRET.az

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var