Yeni pandemiya təhlükəsi yaranacaq - ÜST
Yeni pandemiya təhlükəsi yaranacaq; buna hazır olmamaq üçün heç bir bəhanə yoxdur.
KONKRET.az xəbər verir ki, bu barədə ÜST-nin Dayanıqlı Qlobal Sağlamlıq Maliyyəsi üzrə səfiri, BMT-nin Qlobal Təhsil üzrə xüsusi elçisi və Böyük Britaniyanın keçmiş baş naziri Qordon Braunun, 100-dən çox dünya liderinin və ekspertinin ÜST-nin üzv dövlətləri tərəfindən müzakirə edilən pandemiya sazişinə dair açıq məktubu ilə bağlı məlumatında qeyd edilib.
Bildirilib ki, pandemiyanın qarşısının alınması, hazırlığı və cavab tədbirləri üçün effektiv, çoxsahəli və çoxtərəfli yanaşmanın qurulması zəruridir.
"İctimai səhiyyə risklərinin dəyişkən xarakterini nəzərə alaraq, qlobal strategiya yeniliklərə açıqlıq və inklüzivlik ruhunu təcəssüm etdirməlidir. İtirməyə vaxt yoxdur, buna görə də biz bütün yerli liderləri may ayına qədər sazişi başa çatdırmaq üçün səylərini artırmağa çağırırıq.
Qlobal pandemiya sazişinin vaxtında yekunlaşması saysız-hesabsız həyatı və dolanışıq vasitələrini qorumaqdan əlavə, dünyaya güclü bir mesaj göndərəcək: hətta parçalanmış dünyamızda belə, beynəlxalq əməkdaşlıq hələ də qlobal problemlərə qlobal həllər təqdim edə bilər", – deyə məlumatda qeyd edilib.

Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı
Azərbaycanlı holdinq direktoru Türkiyədə tutuldu
Qaxda maşın aşdı - 4 yeniyetmə yaralandı
Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Azərbaycan XİN Tbilisidə baş verən partlayışla bağlı başsağlığı verdi
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
Tramp-Putin-Szinpin görüşü - Bəyannamənin tam mətni
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək