Yeni savaş olacaq?

Yeni savaş olacaq?ABŞ-ın Kaliforniya ştatının cənubundakı kiçik şəhər olan Yorba-Linda tarixə 1913-cü ilin yanvarın 9-da düşdü. ABŞ-ın gələcək prezidenti Riçard Nikson həmin gün həmin şəhərdə doğulmuşdu. İndisə Yorba-Linda şəhərciyi Missuri ştatındakı Fulton şəhəri ilə yeni sıradadır.
Uinston Çörçil 1946-cı ilin martın 5-də həmin şəhərdə "soyuq savaş"ın başlandığını bəyan etmişdi.
Yorba-Linda şəhərində yerləşən Riçard Nikson adına kitabxanada çıxış edərkən ABŞ-ın dövlət katibi Maykl Pompeon ölkəsi ilə Çin arasında "soyuq savaş"ın başlandığını bəyan etdi.
İlk "soyuq müharibə" Birləşmiş Millətlərin İkinci Dünya Savaşında qələbəsindən sonra başlanmışdı. Düşmənlər darmadağın edilmiş, qürurları sındırılmış, şərtsiz kapitulyasiyaya vadar edilmiş, əraziləri isə işğal olunmuşdu. İsveç, İsveçrə və ya İspaniya kimi neytral ölkələri hesaba almamaq olardı. Bu səbəbdən də sabiq müttəfiqlər arasında "soyuq müharibə"nin başlanması dünyanın iki düşərgəyə parçaladı. Bir tərəfdə ABŞ-ın rəhbərlik etdiyi kapitalist, digər tərəfdə SSRİ-nin lider olduğu sosialist ölkələr.
1946-cı ilin martında dünyada üçüncü qüvvə, ümumiyyətlə, yoxdu.
Sonradan yaradılmış Qoşulmama Hərəkətının nə aşkar görünən mövqeyi, nə də ona üçüncü qüvvə olmağa imkan verəcək subyektliyi yoxdu. Ən yaxşı halda piroqun qeyri-müəyyən hissəsi idi.
Yeni savaş olacaq?İndiki dünya o dövrə bənzəyir qismən. O dövr də "soyuq müharibə"də Qərbin qələbəsinin sonuclarına görə birqütblü idi.
İndiki dünya da içdən parçalanır. Fəqət, bu parçalanma nə qədər qaçılmaz, alternativsizdir?
Hindistan, Yaponiya, İndoneziya, Braziliya, Avropa ölkələri bu parçalanmada birmənalı olaraq kiminsə tərəfini tutacaqlarmı?
ABŞ gerçəkdənmi qarşısında tək Çini yox, Çini dəstəkləyəcək ölkələri də görmək istəyir?
1971-ci ildə, prezident Riçard Nikson dönəmində ABŞ qəflətən kommunist Çininə olan münasibətini dəyişdi, çinlilərin iqtisadiyyatına nəhəng sərmayələr yatırdı. Məqsəd Çinin resursları hesabına SSRİ-nin mövqelərini zəiflətmək, habelə bu resurslardan yararlanaraq Birləşmiş Ştatların iqtisadiyyatındakı daxili disbalansı aradan qaldırmaq idi. Halbuki o dönəmdə ABŞ ilə Çin arasındakı münasibətlər çox pis idi.
Yeni savaş olacaq?ABŞ, sadəcə, rəsmi Pekini Çinin rəsmi hökuməti qismində tanımırdı, Tayvandakı Çin hökumətini dəstəkləyirdi, Taybeylə diplomatik münasibətlərdə idi.
1971-ci ilin partiyası indi yenidən oyana bilərmi?
Mümkündür.
Son 30 ildə qlobal dünyanın mövcud variantına o qədər öyrəşmişdik ki, "dünyanın sonu"nun necə olacağını belə, təxminləməyə başlamışdıq.
Yorba-Linddə bu təxminlərə son qoyuldu.
Yeni dövr başlanıb. İstəsək də, istəməsək də.
Çünki....
Rəsmi Pekin ABŞ-ın Çendu şəhərində, Çinin ən çox əhaliyə malik vilayəti olan Siçuannıın inzibati mərkəzindəki konsulluğunu qapatdı.
Yeni savaş olacaq?Diplomatik savaşı ABŞ başlayıb: Çinin Hyuston şəhərindəki konsulluğu bağlanıb, ABŞ-ın digər şəhərlərində, o cümlədən San-Fransiskodakı konsulluqlarını da qapadıla biləcəyini bəyan edib.
Bir qədər əvvəlsə Vaşinqton bəyan etdi ki, sən demə, çinli hakerlər COVİD-19 koronavirusana qarşı peyvəndin hazırlanması ilə bağlı məlumatları oğurlamağa çalışıblar.
ABŞ-ın Ədliyyə Nazirliyi iki Çin vətəndaşını suçlayıb: "Onlar koronavirusa qarşı peyvənd hazırlaramağa çalışan laboratoriyaların kompüter serverlərinə müdaxilə ediblər və habelə Çinin dövlət dəstəyi ilə digər cinayətlərə əl atmaq istəyiblər".
Rəsmi Pekin bütün bunları siyasi təxribat adlandırıb. Daha sonra Çinin XİN-i bildirib ki, ABŞ-ın Uhandakı konsulluğunu bağlaya bilər.
Amerikalılar deyirlər ki, Kaliforniya Universitetində çalışmış çinli bioloq Szuyan Tan hazırda Çinin San-Fransiskodakı konsulluğunda gizlənir. Tan ABŞ vizası ilə bağlı saxtakarlıqla və Çinin Müdafiə Nazirliyi ilə əlaqələrdə suçlanır.
Yeni savaş olacaq?ABŞ-ın dövlət katibi Mayk Pompeo isə Kaliforniya ştatındakı Yorba-Linda şəhərində, sabiq prezident Riçard Nikson adına kitabxanada çıxış edərkən deyib: "Çin indi sürəkli olaraq avtoritar üsul-idarə metodlarına əl atır, insan haqları və azadlıqlarla bağlı daha aqressiv siyasət yürüdür. Azad dünya bu istibdada qalib gəlməlidir".
ABŞ prezidenti Donald Trampın "Çin virusu" adlandırdığı koronavirus pandpemiyası Vaşinqtonla Pekin arasındakı münasibətlərin korlanmasının səbəblərindən biridir. Tramp ölkəsində koronavirusun tüğyan etməsinə görə məsuliyyəti Çinin daşıdığına işarə vurur.
Eyni zamanda, Çinin kommunist hakimiyyəti bu arada Honkonqa təzyiqləri daha da sərtləşdirib, "bir ölkə-iki sistem" prinsipindən imtina edib və üstəlik də Sinzyanda müsəlman uyğurlar üçün məcburi düşərgələrin sayını artırıb.
Yeni savaş olacaq?Bütün bunlara görə amerikalılar çinliləri yeni insan haqları pozuntularında suçlayırlar.
ABŞ-ın dövlət katibi Mayk Pompeo isə artıq neçə həftədir ki, Çinə qarşı diplomatik hücumdadır və Qərbdə anti-Çin koalisiyası formalaşdırmağa çalışır.
Əslində isə ABŞ ilə Çin arasındakı qarşıdurmanın kökündə iqtisadiyyat durur.
Donald Trampa gəldikdə, onun qarşıdurma ritorikası qarşıdan gələn prezident seçkiləri ilə bağlıdır. Trampın komandası hesab edir ki, "Çin təhlükəsi" yenidən seçilmək üçün ən perspektiv mövzudur. Ona görə də Pekinə qarşı ittihamlar daha da sərtləşəcək və bir neçə ay sonra Pompeonun çıxışı Çörçilin Fulton nitqi ilə müqayisə oluna bilər.
Bəsit situasiyadır: Trampın müşavirləri anlayırlar ki, seçkilərə qədər maksimum çalışmaq gərəkdir: Co Bayden qalib gələrsə, respublikaçıların bütün planları alt-üst olacaq.
Hazırkı vəziyyətdə uduzan amerikalılardır. Çunki ABŞ açıq ölkədir və çinli lobbiçilərin ABŞ-dakı rəsmi şəxslərlə biznesmenlərə asan çıxışları var. Çin isə qapalı ölkə olduğundan orada ABŞ-ın istənilən nümayəndələri - diplomatlar və ya media mənsubları - olduqca önəmlidir. Bu adamların Çindən qovulması amerikalıların yerində məlumat əldə etmək imkanlarını azaldır.
Vaşinqtonla Pekin arasındakı qarşıdurmanın sonucları noyabrda ABŞ-da keçiriləcək seçkilərdən sonra bəlli olacaq. O vaxtadək aqressiv ritorika, çətin ki, yumşalsın.
Çinlə ABŞ arasında sərt qarşıdurma isə olmayacaq. Çünki onillərdən bəri yığılmış ağrılı problemləri istənilən halda həll etmək gərəkdir.
Elçin Alıoğlu
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 28 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

Bank Respublika qan donorluğuna dəstəyə görə təltif olundu

Bank Respublika növbəti sosial mükafata layiq görüldü. Korporativ sosial məsuliyyət istiqamətində həyata keçirdiyi çoxsaylı təşəbbüslərlə cəmiyyətə dəyər yaratmağa davam edən Bank Respublika növbəti dəfə təltifə layiq görülüb

AZAL Naxçıvan istiqamətində 47 mindən çox sərnişinin daşınmasını təmin edib

Azərbaycan Hava Yolları (AZAL) 2026-cı ilin 1–16 iyun tarixlərində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə ümumilikdə 224 reys yerinə yetirib və 47 mindən çox sərnişinin təhlükəsiz daşınmasını təmin edib. Bu dövrdə sözügedən marşru

Bank Respublika "Ümumdünya Qan Donoru Günü" ərəfəsində qanvermə aksiyası keçirdi - FOTOLAR

Bəzən bir neçə dəqiqə vaxt ayırmaq kiminsə həyatına ümid olmaq üçün kifayətdir. "14 iyun - Ümumdünya Qan Donoru Günü" ərəfəsində Bank Respublika əməkdaşları növbəti dəfə belə bir məqsəd naminə bir araya gələrə

Bank Respublika "Ağır ol, qazan!" lombard kredit kampaniyasına start verdi

Həyatda elə məqamlar var ki, ağırlıq üstünlüyə çevrilir. Bəzən bu üstünlük etibar qazandırır, bəzən də əlavə imkanlar yaradır. Bank Respublika-da isə ağırlıq sizə daha çox qazandıracaq. Müştərilərini hər zaman maraqlı v

Neftdən asılılığın azalması davam edir – Yeni göstəricilər açıqlandı

"Neftdən asılılığın azaldılması istiqamətində müsbət göstəricilər qeydə alınıb" . xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasınd

Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Təqaüdünü Birbank-dan alanlara şad xəbər var. Ölkənin ilk rəqəmsal bankı təqaüdçü müştəriləri üçün maliyyə xidmətlərinin əlçatanlığını daha da genişləndirib. Yeniliyə əsasən, təqaüdçülərin kredit əldə etmək üçün mümkün ola

Rövşən Muradov: Fiskal intizam güclənib, amma risklər qalır

"2025-ci ilin dövlət büdcəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf prioritetləri, sosial-iqtisadi siyasət, müdafiə və təhlükəsizlik çağırışları istiqamətləri ilə uzlaşdırılara

"Azərlotereya" və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR

"Azərlotereya"nın "Media klub" layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Bu dəfə jurnalistlər üçün Liv Bona Dea Hospitalında qadın sağlamlığına həsr olunmuş maarifləndirici görüş təşkil edilib. xəbə

FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı

Ölkənin ilk rəqəmsal bankı Birbank və Visa şirkətinin birgə həyata keçirdiyi Birbank-la "FIFA 2026 Final Oyunu" kampaniyasının nəticələri açıqlanıb. Kampaniyanın şərtlərinə tam cavab verən iştirakçı futbol üzr


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən video enson xeberler bugünkü son xəbərlər cəbhədən ən son xəbər