Azərbaycan Futbolunda yenilik – 14 il sonra yeni sponsorluq müqaviləsi imzalandı
Azərbaycan futbolunda yeni bir mərhələ başlayır. Peşəkar Futbol Liqası və "Avrora Qrup"un "Bizon" brendi arasında sponsorluq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, ölkəmizin ən nüfuzlu futbol turnirlərindən biri olan Azərbaycan Kuboku bundan sonra "Bizon Azərbaycan Kuboku" adı altında keçiriləcək. Qeyd edək ki, son illər dövlət dəstəyi ilə daha da böyüyən, bütün Azərbaycanı əhatə edərək 34 komanda arasında keçirilən turnir ölkə futbolunun daha da inkişafını hədəfləyir.
Məlumat üçün bildirək ki, bu müqavilə ilə Azərbaycan Kubokunun ad hüququ Bizon brendinə məxsus olacaq. Bu əməkdaşlıq BİZON markasının idmanın inkişafına, xüsusi ilə futbolun populyarlaşmasına verdiyi dəstəyin göstəricisidir.
Həmçinin Avrora Qrup ölkə idmanına çox böyük tövhələr verməkdədir. Belə ki, uşaq futbolunun inkişafı üçün "Europan Futbol Academy", futzal üzrə futbolun inkişafı üçün "Araz-Naxçıvan" futbol klubuna, peşəkar futbolun inkişafı üçün "Zirə" futbol klubuna, voleybolun inkişafı üçün Milli Aviasiya Akademiyasının qadınlardan ibarət voleybol klubuna sponsorluqlarla öz dəstəyini verməkdədir.
Yeni mövsümdə keçiriləcək Bizon Azərbaycan Kuboku azarkeşlərə daha maraqlı və həyəcanlı qarşılaşmalar vəd edir.

/ azxeber.com

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK