Yeni ticarət mərkəzi ilə bağlı - Rəsmi açıqlama
Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 239 ünvanında (əvvəllər "Diqlas" ticarət mərkəzinin yerləşdiyi ərazidə) yeni ticarət mərkəzinin tikintisi nəzərdə tutulur.
Bu barədə azxeber.com-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.
Bildirilib ki, 10 dekabr 2024-cü il tarixində sözügedən komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən qeyd olunan ünvanda ümumi sahəsi 3200 m² olan 5 mərtəbəli qeyri-yaşayış təyinatlı ticarət kompleksinin tikintisinə icazə verilib.
Xatırladaq ki, 2019-cu ildə "Diqlas" ticarət mərkəzində güclü yanğın baş verib. Yanğından sonra ticarət mərkəzi sökülüb və o vaxtdan ərazidə hər hansı tikinti işi aparılmayıb.
Xidmetler [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma
Qeyri-qida malları ilə bağlı YENİ QAYDA