Yeni Yasamalda piyada səkilərində eybəcər köşklər salınır - Elşad Həsənovun bundan xəbəri yoxdur?

Yeni Yasamalda piyada səkilərində eybəcər köşklər salınır - Elşad Həsənovun bundan xəbəri yoxdur?Qurban bayramı günlərində Bakının Yasamal rayonu, Yeni Yasamal adlanan ərazisində, Əsəd Əhmədov küçəsində yol kənarları tam zəbt edilib.
KONKRET.az Qaynarinfo-ya istinadən xəbər verir ki, ötən gecə saat 00:20 radələrində sözügedən küçənin mərkəzi hissəsində yol bağlanaraq, iri dəmir köşk  qoyulub.
Əməkdaşımız sözügedən köşkün kimə məxsus olmasını özünü təqdim etməyən şəxsdən soruşduqda onun cavabı belə olub: "Bu köşk mənim yaxınımındır. Daha doğrusu, qazilərindir. Çörək qazanmaları üçün qoyulur. Onlar da pul qazanmalıdırlar və gəlin çörəklərinə bais olmayaq".
"Bəs bu köşkdən Yasamal Rayon İcra Hakimiyyətinin xəbəri varmı" sualına isə belə cavab verilib: "İcra Hakimiyyətinin icazəsi olmasa, bunu edə bilərik? Bilirsiz nə qədər xərcimiz çıxıb bu işi görməyə?"
Ərazidə yaşayan sakinlər isə piyada səkilərinin zəbti olunması ilə nəticələnən sözügedən eybəcər köşklərin, marketlərin salınmasından narazıdırlar. Onsuz da həmin küçədə piyadaların hərəkəti üçün demək olar ki, yol saxlanılmayıb. Bu azmış kimi, piyada zolaqlarında, yol kənarında insanların avtomobillərin hərəkətindən yayınmaq üçün dura biləcəyi yerlər zəbt edilərək, ticarət köşkləri qurulub. Köşklərin qarşında, yəni piyada keçidlərinin üzərində meyvə-tərəvəz satılır. Sakinlər isə məcbur olub avtomobil yolu ilə hərəkət etməli olur.
Onu da qeyd edək ki, son iki ayda sözügedən ərazidə 10-a yaxın kiçik və iri həcimli eybəcər köşklər qoyulub. Birvaxtlar Bakı şəhəri İcra Hakimiyyətinin başçısı olmuş Hacıbala Abutalıbovun əmri ilə paytaxtda müasir standartlara cavab verən, şəhərin tarixi-memarlıq üslubuna uyğun qoyulan köşklər Yeni Yasamalda yenidən köhnələri ilə əvəzlənib.
Yeni Yasamalda piyada səkilərində eybəcər köşklər salınır - Elşad Həsənovun bundan xəbəri yoxdur?Sözügedən ərazidə "Ləziz Hause" restoranlar şəbəkəsi yerləşir. Bir neçə ay əvvəl restoranın qarşısı sökülərək, piyada keçidinə daxil omaqla dönərxana açılıb.
Bütün bu özbaşınalıqların Yasamal Rayon İcra Hakimiyyətinin xəbəri olmadan həyata keçirilməsi mümkün görünmür. Məlumdur ki, bu cür köşklərin qurulması icazəsiz və pulsuz quraşdırılması da mümkün deyil.
Yeni Yasamalda piyada səkilərində eybəcər köşklər salınır - Elşad Həsənovun bundan xəbəri yoxdur?Ümid edirik ki, Yasamal İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bu özbaşınalıqdan xəbər tutaraq, problemi ən qısa zamanda həll edəcək.
Qeyd edək ki, eyni proseslər "İnşaatçılar" metrostansiyasının yaxınlığında da baş verir. Bu isə nöbvəti yazımızda…

Hadisə       Tarix: 30 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

"Çevik"in döyüləndən sonra FOTOSU

"Çevik" ləqəbi ilə tanınan tiktoker, Vətən müharibəsi iştirakçısı Məqsəd Bağırov yaşadığı Qəbələ şəhərində hücuma məruz qalıb. xəbər verir ki, hadisə ilə bağlı 1 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. Faktl

Azərbaycan millisinin məşqçisi vəfat etdi

Qadın güləşi üzrə Azərbaycan milli komandasının məşqçisi Həsrət Məmmədyarov vəfat edib. Azərbaycan Güləş Federasiyasından -a bildirilib ki, 67 yaşlı Əməkdar məşqçi bu gün dünyasını dəyişib. 1959-cu il fevralın 1-də Ağsu rayonund

Şahbuzdakı ağır qəzada ölənlərin FOTOLARI

Xəbər verdiyimiz kimi, Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Şahbuz rayonunda qeydə alınan hadisə nəticəsində üç nəfər ölüb. Qəzada həlak olan Nazim Abdullayev

Ağdamda mina partladı - Rəsmi açıqlama

Sentyabrın 5-də işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli Sarıcalı kəndi ərazisində mina partlayışı hadisəsi baş verib. xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu v

50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı

Göygölün Üç Təpə kəndində kişi meyiti tapılıb. xəbər verir ki, 1976-cı il təvəllüdlü Fədail Hüseynovun meyiti yaşadığı evdə aşkar edilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkraşları cəlb olunub. Faktla bağlı Göygö

Qarışıq mallar mağazası kül oldu 

Zaqatalada qarışıq mallar mağazasında yanğın baş verib. -a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Danaçı kəndində qeydə alınıb. Kənd sakini Səbiət Rəbiət qızı İsayevaya məxsus qarışıq mallar mağazasınd

Azərbaycanla sərhəddə partlayış… – Xəbərdarlıq edildi

Ermənistan-Azərbaycan sərhədində, Bibiş (1978-ci ildə adı dəyişdirilib, "Berkaber" qoyulub – red.) kəndinin şərqində partlayış işləri aparılacaq. KONKRET.  -a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafi

Paşa Şirinov vəfat etdi

Lerik rayonunda tanınmış şəxs olan Zenoni kənd orta məktəbinin direktoru Paşa Şirinov vəfat edib. qafqazinfo-ya istinadən xəbər verir ki, bir müddətdir səhhətində problem yaranan və Bakıda xəstəxanaya yerləşdirilən pedaqo

Yeni doğulan qızı 15 bıçaq zərbəsi ilə öldürdülər - Bir ailə HAKİM QARŞISINDA

Böyük Britaniyanın Şeffild şəhər magistrat məhkəməsində yeni doğulan qız uşağının ölümü ilə bağlı dəhşətli təfərrüatlar açıqlanıb. Körpənin meyiti Uinkobank rayonunda yerləşən evin yardımçı tikilisində paltaryuyan maşını


yeni xeberler son xeberler azerbaycan xeberleri zelzele xeber az metbuat xeberleri siyaseti xeberler bugun