"Yeni Zelandiya" yağları və balıq kürüləri ilə bağlı - XƏBƏRDARLIQ

Mağazalarda satılan bəzi kərə yağı və balıq kürülərinin süni şəkildə hazırlanması artıq heç kimə gizli deyil. Ucuz qiymətə təqdim olunan bu məhsulların mənşəyi və keyfiyyəti isə suallar doğurur. Mütəxəssislər xəbərdarlıq edirlər ki, belə süni ərzaqların uzunmüddətli istifadəsi müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər. 
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, Azərbaycanda 20 ilə yaxındır süni kürü istehsal olunur:
"Bu, müəyyən texniki şərtlərlə həyata keçirilir və qanuni istehsaldır. Uzun müddət həmin kürü qablarının üzərinə nərə balığının şəklini çəkirdilər. İstehlakçıların aldadılmaması üçün Azad İstehlakçılar Birliyi iş apardı və nəticədə nərə balığının şəklini qabların üzərindən götürməyə nail olduq. Həmçinin qabın arxa tərəfində süni kürü olduğu qeyd edildi. 
Onu da əlavə edim ki, Rusiyadan da Azərbaycana süni kürü idxal olunur. Onun da üzərində nərə balığının şəkli var. Azərbaycanı "kürü ölkəsi" kimi tanıyan xaricilər elə bilirlər ki, ucuz kürü alırlar. Əslində isə bu, tamamilə süni kürüdür, balıqla heç bir əlaqəsi yoxdur".
Birliyin sədri deyib ki, süni kürü, eyni zamanda, təbii kürü bazarını da çirkləndirir:
"Çox vaxt toy mərasimlərində və digər yerlərdə süni kürü təbii kürünün əvəzinə verilir. Onları bir-birindən ayırmaq isə asan deyil. Əsl təbii kürünü sıxdıqda içərisindən xüsusi bir maye çıxır".
Ekspert qeyd edib ki, kürü bütün dünyada baha qiymətə satılır:
"1990-cı illərdə və 2000-ci illərin əvvəllərində Bakı üzərindən təxminən yeddi ton qara kürü gömrük tərəfindən aşkarlanmış və təyyarədən tullandığı üçün dənizə, hətta şəhər üzərinə yayılmışdı. Hazırda isə kürü çox baha qiymətə satılır. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun artıq 15 ildən çoxdur ki, soyuducusunda cəmi 100 qram kürü belə yoxdur. İnsanların təbii kürü əldə etməsi çox çətin vəziyyətdədir, baxmayaraq ki, Azərbaycan "kürü ölkəsi" hesab olunur".
Eyyub Hüseynov əlavə edib ki, yağlarla bağlı da daim şikayətlər var: 
 "Yeni Zelandiya yağları ilə bağlı problemlər daim gündəmdədir. Təxminən 15 il əvvəl Gürcüstandan saxta Yeni Zelandiya yağlarının gətirildiyi də müşahidə olunmuşdu. Hazırda bir neçə firma Yeni Zelandiyadan yağ idxal edir. Mən yalnız bir dəfə Yeni Zelandiyaya səfərim zamanı orada istehsal olunan "Vest Gold" kərə yağı zavodunda olmuşam. İnəklərin ilboyu açıq havada saxlandığının şahidi oldum. Qış yemi ilə bağlı proseslər barədə məlumat aldım və məhsulların Azərbaycanda necə markalanmasına baxdım. Müəyyən iradlarımı da bildirdim. Məlum oldu ki, "Vest Gold" yağları Yeni Zelandiyada istehsal olunur, orada qablaşdırılır, daha sonra Poti limanına, oradan isə Bakıya gətirilir və ölkədə satılır".
O, vurğulayıb ki, bəzi firmalar Yeni Zelandiyadan gətirilən yağları 25-50 kq-lıq böyük qablaşdırmada alıb burada kiçik hissələrə bölərək satışa çıxarırlar:
"Qida Təhlükəsizliyi Agentliyinin çox güman bu məsələləri araşdırır. Amma digər firmaların bunu araşdırıb-araşdırmaması Azad İstehlakçılar Birliyinə məlum deyil. Bundan başqa, bazarlarda "kənd yağı", "nənəmin nehrə yağı" adı altında satılan ucuz məhsulların kərə yağı ilə əlaqəsi yoxdur. Onlar əslində vaxtı keçmiş marqarin və bitki yağlarının qarışdırılmasından hazırlanaraq,  "yağ" kimi bazara çıxarılır. Marketdə yağ alarkən əlinizə bərk gələn məhsul daha çox təbii kərə yağı olur".
Şahanə Ziyad / azxeber.com

Sosial       Tarix: 02 oktyabr 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

31 avqust üçün rəsmi valyuta məzənnələri açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 31-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, hesabat tarixinə ABŞ dollarının manata nisbətdə məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Avronun məzənnəs

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə


son xeberler azerbaycan xeberleri yeni xeberler bu gune olan xeberler son xeber.az cebheden xeberler azerbaycan son xeber bugun