Yenidən qurulan Füzuli şəhərində səs verəcək seçicilərin sayı AÇIQLANDI

Yenidən qurulan Füzuli şəhərində səs verəcək seçicilərin sayı AÇIQLANDIFüzuli şəhərində 527 ailə olmaqla, 1969 nəfərin daimi məskunlaşması təmin edilib. Həmin sakinlərdən səsvermə hüququ olan 1292 nəfər doğma yurdunda ilk dəfə səs verəcək.
AZƏRTAC xəbər verir ki, fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisində səsvermə prosesi işğaldan azad olunan Füzuli şəhərində üç məntəqədə baş tutacaq.
84 saylı Füzuli seçki dairəsi dairə seçki komissiyasının sədri Ramiz Teymurovun verdiyi məlumata görə, dairədə, ümumilikdə, 77 seçki məntəqəsi üzrə 54457 seçici qeydə alınıb.
Onlardan 3619 nəfəri işğaldan azad olunan ərazilərdəki 75, 76 və 77 saylı seçki məntəqələrində səs verəcək. 77 saylı seçki məntəqəsində qeydə alınan 1292 nəfər Füzuli şəhərinə qayıdan keçmiş məcburi köçkünlərdir. 75 saylı seçki məntəqəsində səs verəcək 1351 nəfər, 76 saylı seçki məntəqəsində isə 976 nəfər işğaldan azad olunan ərazilərdə çalışanlardır.
Dairə üzrə seçki prosesini izləyəcək 1020 müşahidəçi qeydə alınıb ki, bu müşahidəçilərdən 24 nəfəri işğaldan azad olunan seçki məntəqələrində iştirak edəcək.
Səsvermədə iştirak edəcək sakinlərdən biri də Elmir İsmayılovdur. O, fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisində həvəslə səs verəcəyini bildirib: "Biz Füzuli sakinləri hər bir azərbaycanlı kimi bir çox tarixi hadisələrə şahidlik etdik. Qüdrətli Ordumuzun gücü sayəsində Qələbə sevincini yaşadıq. Doğma şəhərimiz qısa müddətdə dövlətimiz tərəfindən yenidən quruldu və bizlər də qalib ölkənin qalib vətəndaşı olaraq doğma yurdumuza qayıtdıq. Daha bir tarixi günə öz elimizdə şahid olacağıq".
Vaqif Xanlarov da Füzuli şəhərinə qayıdan sakinlərdəndir. O, Birinci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Bildirib ki, bu torpaqların hər qarışı uğrunda qəhrəman oğullarımızın qanı axıb, ona görə burada yaşamaq, tikib-qurmaq qürurvericidir. "Özümü dünyanın ən xoşbəxt adamı hiss edirəm, çünki Füzulidə ilk dəfə səsvermədə iştirak edənlərdən biri də mənəm. Bir vaxtlar uğrunda döyüşdüyümüz torpaqlarda indi daha bir tarixi günə hazırlaşırıq. Biz 30 il bu dağların, dərələrin, doğma yurdumuzun hər qarışına həsrət qaldıq. Amma indi artıq qalib xalq olaraq öz elimizə qayıtmışıq. Yenidən qurulan Füzuli şəhərində bizim üçün hər bir şərait yaradılıb. Bir çox bayramı Füzulidə sevinc və qürur hissi ilə qarşıladıq. İndi də qarşıdan prezident seçkisi gəlir. Bu seçkidə böyük həvələ iştirak edəcəyəm", - deyə o əlavə edib. / azxeber.com

Sosial       Tarix: 05 fevral 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat


yeni xeberler son xeberler azerbaycan xeberleri son.xeberler bugun xeberler cəbhədən son xəbər cəbhədən son xəbərlər 2026