Yeniyetmə qız yaralı halda 30 km avtomobil sürdü və başqa yaralıları minalanmış ərazidən çıxardı – VİDEO
Yeniyetmə qız yaralı halda 30 km avtomobil sürdü və başqa yaralıları minalanmış ərazidən çıxardı – VİDEO
Ukraynanın Popasnaya şəhərindən olan 15 yaşlı yeniyetmə qız yaralı olduğu halda 30 km avtomobil sürüb və digər yaralıları minalanmış ərazidən keçirib.
Onun sözlərinə görə, avtomobillə gedərkən rusiyalı hərbçilər onları atəşə tutublar. Maşında daha üç kişi və bir qadın olub. Onlar qəlpə yarası alıblar, birinin vəziyyəti xüsusilə ağır olub. Bundan sonra yeniyetməyə sükan arxasına keçmək təklif olunub. Bu səbəbdən avtomobili özü idarə etməli olub.
"Minalar şahmat sırası ilə düzülmüşdü, keçmək çox çətin idi", - deyə qız bildirib.
Qızın sözlərinə görə, yolboyu meyitlər görüblər. Bir müddət getdikdən sonra yenidən rusiyalı hərbçilərin hücumuna məruz qalıblar. Bu dəfə yeniyetmənin özü də ayağından yaralanıb.
Ağrılara baxmayaraq, qız bacardığı qədər avtomobili idarə edib. Ancaq bir müddət sonra güllələrdən zədələnən avtomobilin mühərriki sönüb. Qız onu birtəhər işə salaraq avtomobilin mühərriki tamam yatana qədər müəyyən qədər yol qət edə bilib.
Mənbə: Truxa Ukraina /oxu.az
f PaylaşXidmetler [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Məşhur türk aktyoru vəfat etdi
Emil Binyətzadə cəzalandırıldı
Bakıda mağazada qadın döyüldü
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız