Yerevanda olan Tahir Mirkişili status yazdı - FOTO
Xəbər verdiyimiz kimi, azərbaycanlı deputatlar - Tahir Mirkişili və Soltan Məmmədov Avronest Parlament Assambleyasının komitə iclasında iştirak etmək üçün İrəvana gəliblər.
azxeber.com xəbər verir ki, Tahir Mirkişili İrəvana gəlişi ilə bağlı özünün Facebook səhifəsində status yazıb.
Həmin paylaşımı olduğu kimi təqdim edirik:
"AVRONEST Parlament Assambleyasının Enerji təhlükəsizliyi, siyasi məsələlər, insan hüquqları və demokratiya komitələrinin birgə iclasında 2 sənəd müzakirə olunacaq. Birinci sənəd, " Avropa Green Deal (Yaşıl razılaşma) və təmiz enerjiyə keçid kontekstində Şərq Tərəfdaşlığı ölkələrinin enerji təhülkəsizliyi çağırışları" olacaq. Sənədin müəllifi Gürcüstan parlament üzvü Maia Bitadzedir. Qeyd edək ki, iclasa sədrliyi AVRONEST-in Enerji Təhlükəsizliyi komitəsinin sədri Tahir Mirkişili edəcəkdir.
İkinci sənəd, "İctimai institutlarda səmərəlilik və inzibati resursları artırmaq üçün siyasi dialoq və institutsional əməkdaşlıq əsasında idarəetməninin təkmilləşdirilməsi" mövzusunda olacaq. Sənədin müəllifi Ermənistan parlamentini üzvü Mariya Karapetyandır.
İclasda eyni zamanda cari geosiyasi kotekstda Şərq Tərəfdaşlığı ölkələrinin enerji təhlükəsizliyi çağırışları, Ukrayna sərhədlərində Rusiya qoşunlarının cəmləşməsi mövzularında müzakirələr aparılacaqdır.
Bütün məsələlər üzrə Azərbaycan nümayəndə heyəti müzakirələrdə aktiv iştirak edərək Azərbaycanın və regionun gələcək çağırışlara yaxşı hazırlaşması üçün ölkəmizin baxışını və planlarını açıqlayacaqlar".


İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
Vuçiç istefa verdi
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR
Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik: Vətəndaşların yeni maliyyə seçimi
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım
Avtoxuliqanlıq edən sürücü həbs olundu
34 yaşlı kişi qətlə yetirildi: saxlanılan var