Yevlaxda odlu silah satmaqda şübhəli bilinən şəxs SAXLANILDI
Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlərı nəticəsində odlu silah satmaqda şübhəli bilinən rayon sakini saxlanılıb.
Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə odlu silah satmaqda şübhəli bilinən rayon sakini İlkin Əliyev saxlanılaraq şöbəyə gətirilib. Onun əlindəki torbaya baxış keçirilərkən 1 ədəd "AK-74" markalı avtomat, həmin silaha məxsus 1 ədəd sandıqça və 9 ədəd patron aşkar edilərək götürülüb. Həmçinin onun üzərindən güclü təsiredici xassəyə malik narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.
Dindirilmə zamanı İ.Əliyev silahı rayon ərazisindən tapdığını və 2300 manat müqabilində şəxsiyyəti istintaqla araşdırılan bir nəfərə satmaq istədiyini bildirib.
Faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır