Yod çatışmazlığı və qalxanvari vəzini evdə belə yoxlayın - 90% problemlərin kökü
Qalxanvari vəz hormonal sistemi, ürəkdən tutmuş sinirlərə kimi, xüsusən qadınlarda bir çox sağlamlıq sistemlərini idarə edir.
Qalxanvari vəzin xəstəliyi təkcə orda böyük şiş, zob (ur) əmələ gəlməsi deyil. Vəzin lazım olmasından az və ya heç fəaliyyət göstərməməsi kimi pozulması ola bilər. Yəni vacib hormonlar az hasil olur.
Belə zəifləmələr əsasən yod kimi vacib elementin çatışmamasından qaynaqlanır. Orqanizmə daxil olan yodun 70%-ni elə qalxanvari vəz tükədir. Ona yod çox vacibdir.
Orqanizmdə yod defisitini isə təəssüf ki, qan analizi ilə təyin etmək olmur və bu çox çətindir.
Demək olar ki, bu analiz təyin olunmur.
Amma fakt ortadadır ki, müasir insan, xüsusən şəhərdə yaşayanlar, eləcə də Azərbaycanda vərəndaşlar kəskin tod defisiti yaşayır.
Ona görə də yodlaşdırılmış duz istifadə olunması tövsiyyə edilir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, məşhur rusiyalı həkim Boris Uvaydov evdə qalxanvari vəzin fəaliyyətini yoxlamaq və yod defisitini təyin etmək üçün sınanmış və etibar etdiyi metodu məsləhət görür.
Bunu hər kəs evdə etməlidir. Çünki bu zaman bir çox xəstəlik, halsızlıq, sinir, əsəb, çəki problemi, ürək xəstəliklərinin səbəbini tapa biləcəksiz.
Beləliklə, axşam saatlarında yod məhlulundan hər iki biləklərinizə qalın xaçvari çəkirsiz. Yod biləkdən kənara ovuca çıxmamalıdır.
Eləcə də düz qaraciyərin üstünə yod setkası çəkirsiz.
Bogazda çökəyə və qalxanvari vəz olan yerə də yod nöqtələri qoyursuz.
Sonra baxırsız, bu yod izləri neçə vaxta tamam sovrulub itir.
Bədəndə yod normada olanda, qalxanvari vəzdə problem olmayanda bu xətlər ən azı 14-18 saat qalmalıdır.
Əgər yod izləri səhərə yoxa çıxırsa, deməli, sizdə kəskin yod defisitidir və qalxanvari vəz xəstədir.
Əgər 10-12 saata yoxa çıxırsa, orta səviyyədə çatışmamazlıqdır.
Yod izləri tez sürətlə itənlər təcili endokrinoloqa gedib, hormonal analizlərdən keçməlidir və yod tərkibli tabletlər, BAD və əlavələr qəbul etməlidir.
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ