Yol polisi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsinin gözlənilən əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
azxeber.com xəbər verir ki, müraciətdə deyilir:
"Sinoptiklərin məlumatına əsasən, bu gündən başlayaraq aprelin 12-dək ölkə ərazisində hava şəraitinin külək və yağışla müşahidə olunan kəskin dəyişməsi, temperaturunun ötən günlərlə müqayisədə 5-10 dərəcə aşağı enməsi gözlənilir. Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı xahiş edir. Yağışlı, çiskinli havalarda yollarda sürüşmə ehtimalı yüksək olduğundan avtomobil sürücüləri sürət həddini yol və meteoroloji şəraiti uyğun seçməli, kifayət qədər ara məsafəsi saxlamalı, nəqliyyat vasitələrinin texniki sazlığına nəzarət etməlidirlər. Küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğu unudulmamalı, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daşıdıqları yükün qablaşdırılmasına diqqət yetirməlidirlər".
"Piyadalardan isə əlverişsiz havalarda daha da ehtiyatlı davranmaq, səki ilə hərəkət edərək avtomobil yoluna çıxmamaq, yolu yalnız piyada keçidlərindən keçmək xahiş olunur",- deyə məlumatda deyilir.

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma
Qeyri-qida malları ilə bağlı YENİ QAYDA