Yol polisi sürücülərə müraciət etdi
Ölkə ərazisində müşahidə olunan yağışlı və dumanlı hava şəraiti, xüsusilə gecə və səhər saatlarında yollarda görünüş məsafəsini azalda bilər.
azxeber.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciətində bildirilib.
Qeyd edilib ki, yaş yol örtüyü nəqliyyat vasitəsinin idarə olunmasına və əyləc məsafəsinin uzanmasına təsir göstərir: "Belə şəraitdə yol nişanlarını, nişanlama xətlərini və digər hərəkət iştirakçılarını vaxtında görmək çətinləşdiyindən sürücülərin daha diqqətli və ehtiyatlı olmaları vacibdir.
Hazırda yağışlı hava ilə müşahidə olunan həftəsonu avtomobil yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə səfərlərini əvvəlcədən planlaşdırmağı, nəqliyyat vasitələrinin texniki sazlığını yoxlamağı və hava şəraitinə uyğun hərəkət etməyi tövsiyə edir. Sürücülər sürət həddini yol və görünüş şəraitinə uyğun seçməli, təhlükəsiz ara məsafəsini saxlamalı, texniki nasazlığı olan nəqliyyat vasitələri ilə yola çıxmamalı, ötmə və manevr zamanı, eləcə də dayanma və durma yerlərini seçərkən təhlükəsizlik tələblərinə ciddi əməl etməlidirlər.
Yollarda diqqətli və məsuliyyətli davranış hər bir hərəkət iştirakçısının təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət daşıyır. Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri müraciətdə qeyd olunan tövsiyələrə ciddi yanaşmağa, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyini nəzərə alaraq hərəkət etməyə çağırır".

Cəbrayılda 2-ci mina partlayışı hadisəsi baş verib
Süni tənəffüs aparatına qoşuldu
5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı
İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Əfsanəvi ispan 40 yaşında futbola qayıtdı
"Sabah" - Borussiya Dortmund" oyununun biletləri satışa çıxarıldı
Kənd yumurtası niyə bahalaşır? - İqtisadçı açıqladı
AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir
Biləcəri və Xırdalanda mənzillər hansı şərtlərlə satılır?
Bu il qızıl nə qədər ucuzlaşıb?
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib
Türkiyəli generala Azərbaycanın hərbi əməkdaşlıq medalı təqdim olunub
Binəli Yıldırım: Azərbaycanla Türkiyənin arasını vurmağa çalışmaq cəhdləri əbəsdir
Sahibə Qafarova QHPŞ-nin iclasında parlamentlərarası əməkdaşlığı müzakirə edib
Manat 1,70-dən nə vaxt "çıxa" bilər? Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA