Qızıl alanların DİQQƏTİNƏ: İlin sonunadək qiymətlər necə dəyişəcək?

Qızıl alanların DİQQƏTİNƏ: İlin sonunadək qiymətlər necə dəyişəcək?Son dövrlər dünya bazarında qızılın qiymətində müşahidə olunan kəskin ucuzlaşma investorlar və qiymətli metala yatırım edən vətəndaşlar arasında suallar yaradıb. Uzun müddət bahalaşma tendensiyası nümayiş etdirən qızılın dəyərinin aşağı düşməsi bazarda yeni mərhələnin başlanması ehtimalını gündəmə gətirib.
Bəs qızılın ucuzlaşmasının arxasında hansı iqtisadi amillər dayanır? Mövcud qiymət enişi müvəqqətidir, yoxsa ilin sonunadək davam edə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, dünya bazarında qızılın ucuzlaşması bir neçə mühüm iqtisadi amillə əlaqədardır.
Qızıl alanların DİQQƏTİNƏ: İlin sonunadək qiymətlər necə dəyişəcək?Ekspertin sözlərinə görə, qiymətlərin aşağı düşməsində əsas rol oynayan amillərdən biri ABŞ dollarının möhkəmlənməsidir:
"Dünya bazarında qızılın qiymətinin aşağı düşməsi bir neçə amillə bağlıdır. İlk növbədə, dolların möhkəmlənməsi, ABŞ-da faiz dərəcələri ilə bağlı gözləntilər və investorların əvvəlki bahalaşmadan sonra mənfəətlərini realizə etməsi qiymətlərə təsir göstərir. Qızılın son dövrdə ciddi bahalaşması fonunda bazarda müəyyən korreksiyanın baş verməsi də təbii haldır".
Günay Hüseynova qeyd edib ki, hazırkı ucuzlaşmanı qızıl bazarında uzunmüddətli enişin başlanğıcı kimi qiymətləndirmək doğru olmaz.
Onun sözlərinə görə, ilin sonunadək qiymətlərdə dəyişkənliyin davam etməsi mümkündür:
"İlin sonunadək qiymətlərdə dalğalanma davam edə, müəyyən müddət ucuzlaşma da müşahidə oluna bilər. Lakin bunu qızılın uzunmüddətli ucuzlaşma trendinə keçməsi kimi qiymətləndirmək düzgün olmaz. Geosiyasi gərginliklər, qlobal iqtisadi qeyri-müəyyənlik və mərkəzi bankların qızıl ehtiyatlarını artırması qiymətləri dəstəkləyən amillərdir".
İqtisadçı vurğulayıb ki, beynəlxalq iqtisadi və siyasi proseslər qızılın gələcək qiymət dinamikasına ciddi təsir göstərə bilər.
"Bu baxımdan, hazırkı ucuzlaşma daha çox bazar korreksiyası xarakteri daşıyır və növbəti dövrdə qiymətlərin yenidən yüksəlməsi ehtimalı da qalır", – deyə ekspert bildirib.
Beləliklə, ekspertin proqnozuna əsasən, ilin sonunadək qızıl bazarında qiymət dalğalanmaları davam edə bilər. Bununla belə, mövcud ucuzlaşmanın uzunmüddətli xarakter alacağı qəti deyil və qlobal iqtisadi şəraitdən asılı olaraq qızılın yenidən bahalaşması istisna olunmur.
Aynurə İsmayıl
KONKRET.az

Sosial       Tarix: 20 noyabr 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

ƏHALİYƏ MÜJDƏ: Orta aylıq pensiya 56 manat artdı

Azərbaycanda orta aylıq pensiya bir il ərzində təxminən 56 manat artaraq 595,8 manata çatıb. Dövlət Statistika Komitəsindən -a bildirilib ki, oktyabrın 1-nə olan məlumata görə, orta pensiya ötən ilin eyni dövrü ilə müqayisəd

107 ildə 27 rektor: BDU-ya kimlər rəhbərlik edib?

Xəbər verdiyimiz kimi, Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. Məleykə Mehdi qızı Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin olunub. Universitetdə baş verən bu rəhbərli

Sahibkarlar üçün yeni güzəşt təklif edildi – Nələr dəyişəcək?

Milli Məclisin plenar iclasında çıxış edən deputat Zahid Oruc kənd təsərrüfatı, sənaye parkları, texnologiya və digər strateji sahələrə tətbiq olunan vergi güzəştlərinin ölkədə iqtisadi inkişafı stimullaşdırdığını bildirib

Manat dollar qarşısında bahalaşa bilər – Sürpriz versiya

Avronun məzənnəsi 1,8681 manata qədər ucuzlaşıb. Bəs dollarla bağlı vəziyyət hansı yerdədir? İran-ABŞ münaqişəsi uzun müddət davam etsə, Hörmüz boğazı tam bağlansa, yekunda bu, neftə və manata necə təsir edə bilər? Mana

Evdə meyvə doğrayırdı, boğazından bıçaq xəsarəti aldı

Lənkəranda yeniyetmə boğaz nahiyəsindən bıçaq xəsarəti alıb. Hadisə rayonun Darquba kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 2013-cü il təvəllüdlü F.A. boğaz nahiyəsindən kəsici-deşici alətlə xəsarət alıb. O, Lənkəra

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib. Bu barədə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi məlumat yayıb. . Bildirilib ki, Agentliyin mütəxəssisləri tərəfindən Səbail rayonu, Badamdar–20-ci sahəd

Mərkəzi Bankın səlahiyyətləri artırıldı

"Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Qanunda dəyişiklik edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Sənədə əsasən, AMB cinayət yolu ilə əldə edilmiş əmlakı

Təhlükəsizlik zəmanətləri, bərpa üçün milyardlar və əsas sual: Yeni Rusiya istilasının qarşısını necə almaq olar?

Dünya diplomatiyasında növbəti gərgin həftə başlayır. Bu dəfə danışıqlar masasının arxasında yalnız amerikalılar və ukraynalılar toplaşmır. Avropa öz gələcəyinin müzakirəsində iştirak etmək niyyətindədir. Axios-un məlumatın

Polad Həşimovun anasının səhhəti ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası Səmayə Həşimova xəstəxanadan evə buraxılıb. Bu barədə sorğuya cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Qeyd olunub ki, 1949-c


yeni xeberler son xeberler azerbaycan xeberleri xəbər cəbhədən son xəbərlər 2026 xeber.az son xeberler axsam az xeberler