Yüksək beynəlxalq etimadın rəmzi

Yüksək beynəlxalq etimadın rəmziAzərbaycan dövləti 5 iyulda daha bir mötəbər beynəlxalq tədbirə evsahibliyi etdi, paytaxt Bakı dünyanın çoxsaylı ölkələrin diqqət mərkəzində oldu. Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda nazirlər görüşü mühüm mesajların, çağırışların səsləndiyi növbəti əhəmiyyətli tədbir oldu.
Bu yerdəcə qeyd edək ki, 2011-ci ildə Azərbaycan Hərəkata tamhüquqlu üzv qəbul ediləndə reaksiyalar birmənalı olmamışdı, o zaman postsovet məkanındakı bir sıra ölkələrdən fərqli olaraq Azərbaycanın "daha qəti və birmənalı" Avrointeqrasiya xətti götürməyərək Qoşulmayanların sırasına qoşulmasına tənqidi yanaşanlar da az deyildi. Amma ötən illərin təcrübəsi, keçmiş sovet coğrafiyasında baş verənlər, qanlı müharibələr göstərdi ki, Azərbaycan tamamilə doğru-düzgün seçim edib, seçdiyi istiqamətdə yanılmayıb. Quruma üzvlükdən beş il sonra, 2016-cı ildə Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısının Bakıda keçirilməsi, üstəlik 2019-cu ildə sədrliyin ölkəmizə keçməsi haqqında yekdilliklə qərarın qəbul olunması da Azərbaycanın uğurlu xarici siyasətinin, təşkilata üzv ölkələrlə ikitərəfli və çoxtərəfli əlaqələrində zərgər dəqiqliyi ilə çalışmasının məntiqi nəticəsiydi. Azərbaycana yüksək etimadın göstəricisidir ki, 2019-cu ildə ona həvalə olunan sədrlik hələ də uğurla davam edir, ilbəil bu etimad çoxsaylı üzv ölkələr tərəfindən rəsmiləşdirilir.
Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən çox ölkəyə ya ikitərəfli qaydada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 ilə bağlı maliyyə və humanitar dəstək göstərib. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü töhfə verib. Azərbaycan, həmçinin beş ölkəni peyvəndlə təmin edib.
Forumda çıxış edən möhtərəm Prezidentimiz cənab İlham Əliyev bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə "Bandunq prinsipləri" əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qoruyub.
"Hərəkatın institusional inkişafı, xüsusən də müvafiq olaraq 2021-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılması Azərbaycanın sədrliyinin növbəti nailiyyətidir. Biz hazırda Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində işləyirik. İnstitusional davamlılığa doğru atılan bu addımlarla biz növbəti sədrlərə mütləq uğurlu bir miras qoyacağıq. Beynəlxalq ictimaiyyətin məsuliyyətli və fəal üzvü olaraq biz, həmçinin postpandemiya dövrü haqqında düşünməli olduq. Beləliklə, Azərbaycan bu ilin mart ayında Bakıda Qoşulmama Hərəkatının pandemiyadan sonrakı bərpaya həsr olunmuş növbəti sammitini uğurla təşkil etdi. Biz burada qlobal əhəmiyyətə malik məsələləri müzakirə etdik və pandemiyadan sonrakı dövrdə daha yaxşı bərpa üzrə fikirlərimizi bölüşdük", dövlət başçısı qeyd edib.
Xatırladaq ki, Azərbaycan 2019-cu ildən Qoşulmama Hərəkatına sədrlik edir. Ölkənin təşkilatda sədrlik dövrünün pandemiyanın qızğın çağına düşməsinə baxmayaraq, rəsmi Bakı sədrlik missiyasını uğurla yerinə yetirərək Hərəkata daha 1 il rəhbərlik etmək hüququ qazanıb.
Naftalan şəhər sakini: Kəmalə Hüseynova / azxeber.com

Siyasi       Tarix: 07 iyul 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu


son xeberler azerbaycan xeberleri yeni xeberler bugünkü son xəbərlər xeber.az 2026 sonxeberler cəbhədən son xəbərlər