Bakıda dəhşətli qətl: Sələmçi 23 bıçaq zərbəsi ilə öldürüldü - Qanlı hadisənin şahidi danışdı

Bakıda dəhşətli qətl: Sələmçi 23 bıçaq zərbəsi ilə öldürüldü - Qanlı hadisənin şahidi danışdıBakıda sələmçini xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Elçin Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
KONKRET.az "Unikal"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə şahid dindirilib.
Şahid E.M. təqsirləndirilən Elçin Vəliyevi tanımadığını bildirib:
"Mən hərbçiyəm. Həmin gün istirahət günü idi, evdə yatırdım. Qəfil gələn səsə oyandım. Paltarımı geyinib dərhal həyətə qaçdım. Gördüm ki, Təravət xanım yerdə qan içindədir, qonşular da başına toplaşıb. Onun qapısının qarşısında yerdə qanlı bıçaq vardı. Təravət xanım güclə mənə telefonunu verdi və dedi ki, sağ qolunu işlədə bilmir, kömək lazımdır, qızına zəng etməyimi istədi. Mən də kömək etdim, qızına zəng vurdum. Çox keçmədən təcili tibbi yardım briqadası gəldi, xanımı "Semaşko"ya apardılar".
Məhkəmə istintaqının başa çatdığı elan edilib. Dövlət ittihamçısı çıxışa hazırlaşmaq üçün vaxt istəyib.
Məhkəmənin növbəti iclası fevralın 23-nə təyin olunub.
Xatırladaq ki, hadisə ötən ilin sentyabr ayında Bakıda baş verib.
Sələmçilik fəaliyyəti ilə məşğul olan Təravət Cəfərxanovanın Elçin Vəliyev tərəfindən 23 bıçaq zərbəsi ilə qətlə yetirildiyi məlum olub.
İstintaqla müəyyən edilib ki, Elçin Vəliyev Təravət Cəfərxanovadan sələmə götürdüyü külli miqdarda pulu geri qaytarmamaq məqsədilə hadisəni törədib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) ilə ittiham irəli sürülüb.

Hadisə       Tarix: 17 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

Bakıda 20 yaşlı oğlanı bıçaqladılar

Bakıda bıçaqlanma hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, hadisə bu gün gecə saat 02 radələrində qeydə alınıb. Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Əkbər Səbuhi oğlu Məmmədov kəsici-deşici xəsarətlərlə xəstəxanay

Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi

Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeyri-tibb işçisi (sanitar qadın) pasiyentə qarşı fiziki şiddət göstərib. xəbər verir ki, sanitar köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döyüb. Bildirilib ki

Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı

Xankəndidə 24 yaşlı gəncin üzərindən narkotik vasitə aşkarlanıb. -a istinadən xəbər verir ki, 24 yaşlı Sahib Rzayev (şərti) Xankəndi şəhərində polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılan yoxlama zaman

Naxçıvanda avtomobil piyadanı vurdu

Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 75-BG-367 dövlət qeydiyyat nişanlı "AzSamand"

"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?

Vətəndaş Bakı-Sumqayıt ("Riyad" TM ərazisində-red.) yolunda "Bolt" şirkətinə məxsus taksi sürücüsü tərəfindən hədə-qorxusu və zorakılığa məruz qaldığını iddia edir. xəbər verir ki, Elvira Vəliyeva bu barəd

Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU

Bakıda yeniyetmə oğlan bıçaqlanıb. KONKRET.azxəbər verir ki, 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil

Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Ərəzin kəndi ərazisində üç avtomobilin iştirakı ilə qeydə alınıb. Baş vermi

Su bidonuna düşən 7 yaşlı uşaq öldü

Şamaxıda bədbəxt hadisə baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Şamaxının Çuxuryurd kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı S.Samıyev yaşadığı Çuxuryurd kəndindəki evin həyətində su ilə dolu olan bidona düşməs

İsrail təyyarəsində bomba həyəcanı

Kiçik uşaqlar canavarlar üçün ən asan ov hesab olunur. xəbər verir ki, bu barədə mütəxəssis, zooloq Mixail Kreçmar danışıb. "Ən həssas qrup yeriməyi öyrəndikləri vaxtdan 8–10–12 yaşlarına qədər olan uşaqlardır. Onla


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbərlər son xabar xeberler bugun 2026 hava durumu