Tanışının ailəsini dağıtmasına görə irad bildirdi, qonşusunu döydü

Tanışının ailəsini dağıtmasına görə irad bildirdi, qonşusunu döydüGəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Kamran Budaqovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
KONKRET.azpravdaaz-a istinadən xəbər verir ki, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib. "Konstutisiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında" Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 2.3, 5.2.2 və 5.3-cü bəndlərinə əsasən təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin hökmü ilə ona təyin olunmuş 1 il 2 ay müddətə azadlıqdan məhrumetmə cəzasının, həmin Amnistiya aktı qüvvəyə mindiyi günədək 1 ildən artıq olmayan çəkilməmiş hissəsindən azad olunub. Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə Kamran Budaqov barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilib.
İttihama görə, Kamran Budaqov 19 oktyabr 2024-cü il tarixdə saat 17 radələrində alkoqol sərxoşluğu vəziyyətində yaşadığı Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində evinin yerləşdiyi küçədə zərərçəkmiş Qulam Bədəlovu (adı, soyadı şərtidir) israrla həmin yerə çağırıb. Zərərçəkmişin ona tanışının ailəsini dağıtmasına görə irad bildirməsini bəhanə edən təqsirləndirilən şəxs mübahisə yaradaraq ictimai qaydanı kobud şəkildə pozub.
İstintaq materiallarına əsasən, hadisə zamanı o, küçədə ictimai asayişin pozulmasına, vətəndaşların hüquq və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcan yaranmasına səbəb olan hərəkətlər edib. Mübahisə zamanı Kamran Qulama əl zərbələri ilə sifət, baş və bədən nahiyələrindən ardıcıl şəkildə xəsarətlər yetirib. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmişə alt sol çənə bucağı nahiyəsində şişkinlik və alt çənə sümüyünün sol şaxəsinin yerdəyişməyən sınığı qeydə alınıb ki, bu da sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər kimi qiymətləndirilib. Bundan əlavə, üst dodağın selikli qişasının sağ hissəsində əzilmiş səthi yara və sol diz oynağının bayır səthində qançır müəyyən edilib. Həmin xəsarətlər sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyib.
Şəmkir Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 1 il 1 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmişdi. Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan Kamran Budaqovun müdafiəçisi apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini istəyib.

Hadisə       Tarix: 17 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

Bakıda 20 yaşlı oğlanı bıçaqladılar

Bakıda bıçaqlanma hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, hadisə bu gün gecə saat 02 radələrində qeydə alınıb. Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Əkbər Səbuhi oğlu Məmmədov kəsici-deşici xəsarətlərlə xəstəxanay

Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi

Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeyri-tibb işçisi (sanitar qadın) pasiyentə qarşı fiziki şiddət göstərib. xəbər verir ki, sanitar köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döyüb. Bildirilib ki

Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı

Xankəndidə 24 yaşlı gəncin üzərindən narkotik vasitə aşkarlanıb. -a istinadən xəbər verir ki, 24 yaşlı Sahib Rzayev (şərti) Xankəndi şəhərində polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılan yoxlama zaman

Naxçıvanda avtomobil piyadanı vurdu

Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 75-BG-367 dövlət qeydiyyat nişanlı "AzSamand"

"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?

Vətəndaş Bakı-Sumqayıt ("Riyad" TM ərazisində-red.) yolunda "Bolt" şirkətinə məxsus taksi sürücüsü tərəfindən hədə-qorxusu və zorakılığa məruz qaldığını iddia edir. xəbər verir ki, Elvira Vəliyeva bu barəd

Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU

Bakıda yeniyetmə oğlan bıçaqlanıb. KONKRET.azxəbər verir ki, 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil

Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Ərəzin kəndi ərazisində üç avtomobilin iştirakı ilə qeydə alınıb. Baş vermi

Su bidonuna düşən 7 yaşlı uşaq öldü

Şamaxıda bədbəxt hadisə baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Şamaxının Çuxuryurd kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı S.Samıyev yaşadığı Çuxuryurd kəndindəki evin həyətində su ilə dolu olan bidona düşməs

İsrail təyyarəsində bomba həyəcanı

Kiçik uşaqlar canavarlar üçün ən asan ov hesab olunur. xəbər verir ki, bu barədə mütəxəssis, zooloq Mixail Kreçmar danışıb. "Ən həssas qrup yeriməyi öyrəndikləri vaxtdan 8–10–12 yaşlarına qədər olan uşaqlardır. Onla


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbərlər son xabar xeberler bugun 2026 hava durumu