Yüksək vəzifəyə təyinat alan şəxs kimdir? - DOSYE
Bu gün Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Vahid Rasim oğlu Hacıyevin Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqda sərəncam imzalayıb.
AZXEBER COM Vahid Hacıyevin dosyesini təqdim edir.
V.Hacıyev Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində bakalavr və magistr təhsillərini alıb.
2017-2019-cu illərdə Varvik Universitetinin Varvik biznes məktəbində biznes idarəçiliyi üzrə magistr təhsili alıb.
Vahid Hacıyev daha əvvəl neft sektorunda fəaliyyət göstərib.
O, 13 il "bp Azərbaycan" şirkətində müxtəlif yüksək vəzifələrdə çalışıb.
V.Hacıyev ticarət əməliyyatları kəşfiyyatı üzrə biznes-menecer, daha əvvəl isə aparat rəhbəri olub.
Daha sonra "Agro Dairy" MMC-nin qanuni təmsilçisi və icraçı direktoru olub.
V.Hacıyev bu təyinata qədər Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi olub. / azxeber.com

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO