Yuliya Mileşkina: "Paşinyan hakimiyyətini qorumaq üçün hər şeyə hazırdır" - MÜSAHİBƏ

Yuliya Mileşkina: "Paşinyan hakimiyyətini qorumaq üçün hər şeyə hazırdır" - MÜSAHİBƏYuliya Mileşkina: "Paşinyan hakimiyyətini qorumaq üçün hər şeyə hazırdır" - MÜSAHİBƏ
Ermənistanın baş naziri Nikol Paşinyanın təşəbbüsü ilə keçiriləcək referendumu dəstəkləyən "Hə" hərəkatı təşviqat üçün bir gecədə 430 min dollardan çox pul toplayıb. Bununla yanaşı, ümumxalq səsverməsi fikri daha çox Ermənistanın özündə sual doğurur. 
Konstitusiya Məhkəməsinin baş nazirə "yararsız" olan bir neçə hakimini əvəz etmək üçün belə genişmiqyaslı və bahalı tədbiri keçirməyə dəyərmi? Bundan əlavə, xalqın əhval-ruhiyyəsini nəzərə alaraq, referendumun nəticələri gözlənilməz ola bilər.
Qeyd edək ki, Ermənistan Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyan baş nazirə qarşı məhkəmədə iddia qaldırıb. Konstitusiya Məhkəməsinin başçısı təhqiramiz ifadələrə görə üzr istənilməsini, həmçinin böhtan xarakterli məlumatların təkzibini tələb edir.
Bundan əlavə, erməni fəal Tiqran Qasparyanın yazdığına görə, "cənab Paşinyan bir nəfərə (ölkənin keçmiş lideri Serj Sarqsyan) hesablanmış Konstitusiyanı dəyişdirmək istəmir".
"İnqilabçıların bunu dəyişdirmək istəyəcəyini düşünürdünüz?" – deyə Tiqran Qasparyan ritorik sual ünvanlayır.
O, çaşqınlıq içərisindədir: "Referendum keçirmək və Konstitusiya Məhkəməsinin rəhbərini dəyişdirmək problem deyil. Konstitusiyaya əsaslı və köklü dəyişiklik etmək isə... Növbəti parlament seçkilərinə qədər dözək?"
Nikol Paşinyanın mütəmadi olaraq nə etdiyini anlamaması barədə Ermənistanda çox danışılır. Koronavirus epidemiyasının qarşısını almaq üçün ölkədə xüsusi nəzarətin tətbiqi barədə göstərişi fonunda baş nazirin martın 1-də kütləvi tədbirlərə çağırışları sosial şəbəkələrdə geniş müzakirə olunur.
Artıq Ermənistanın iki keçmiş prezidenti - Robert Köçəryan və Serj Sarqsyan istintaq altındadır. Əlbəttə ki, məhkəmə üçün çox əsas var. Ancaq tələsik hazırlanan ittihamlar hətta erməni ekspertlərini də heyrətləndirir. Bundan əlavə, Nikol Paşinyanın siyasi qisas almaqla məşğul olduğu da göz önündədir. O, getdikcə daha çox "diktator" adlandırılır.
Bir küçə demokrat-siyasətçisi necə oldu ki, diktatora çevrildi? Media.Az Rusiya Siyasi Müşavirlər Assosiasiyasının üzvü, siyasi psixoloq Yuliya Mileşkina ilə bu barədə söhbət edib.
Yuliya Mileşkina: "Paşinyan hakimiyyətini qorumaq üçün hər şeyə hazırdır" - MÜSAHİBƏ- Tezliklə Ermənistanda bəzi hakimlərin və Konstitusiya Məhkəməsinin sədrinin dəyişdirilməsi məqsədi ilə referendum keçirilməlidir. Eyni zamanda, Ermənistanın baş naziri bir nəfər üçün hesablanmış köhnə Konstitusiyanı dəyişdirmək niyyətində deyil. Hazırda "siyasətçi demokrat"ın diktatora çevrilməsi prosesi baş verir. Siyasi psixologiya bunu necə izah edir?
- Postsovet məkanında bu mümkündür. Nikol Paşinyan Konstitusiya Məhkəməsinin özü üçün "yararsız" hakimlərini kənarlaşdıraraq hakimiyyəti ələ alır, gücləndirir.
- Eyni zamanda, Nikol Paşinyan öz hərəkətləri ilə Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məsələsini təhlükəyə atdı - "Heç bir kompromis ola bilməz", "heç bir ərazi verilməyəcək" və s. Bəzi ekspertlər deyirlər ki, Ermənistanın baş naziri daxili auditoriya üçün oynayır... Belə çıxır ki, Nikol Paşinyan insanların həyatını qurban verməyə davam etməyə hazırdır.
- Alınandan imtina etmək həmişə çətindir. O hər şeyi olduğu kimi saxlamaq istəyir. Nikol Paşinyan əraziləri qaytarmaq niyyətində deyil, çünki hesab edir ki, bu, bir siyasətçi kimi onun iradəsini göstərir.
- Nikol Paşinyan kütləvi etirazlar yolu ilə hakimiyyətə gəlib. Köhnə rejim mitinqi dağıtmadı. Ancaq Ermənistanda bir müddət əvvəl ortaya çıxan müxalifətçi "Adekvad" təşəbbüsünün üzvləri dərhal təzyiqə məruz qaldı: Onlar saxlanıldılar, qorxuduldular. Belə çıxır ki, Nikol Paşinyan güc tətbiq etməklə hakimiyyətdə qalmağa hazırdır?
- Sözsüz belədir. Mitinqlər yolu ilə hakimiyyətə gələn bir adam, əlbəttə ki, nəyin nə olduğunu başa düşür: O, hakimiyyətini qoruyacaq, vəziyyətə nəzarət edəcəkdir. O, narazılara deməyəcək ki, əgər istəyirsinizsə, mən gedərəm. 

Siyasi       Tarix: 27 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəməni

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezennesi banklar kriminal cəbhədən yeni xəbərlər cebheden xeber