Yunanıstan ÇALXALANIR: Makron bizi satdı

Yunanıstan ÇALXALANIR: Makron bizi satdıAvropa İttifaqının Brüsseldəki Zirvə toplantısında Türkiyəyə daha sərt sanksiya tətbiq etmək məsələsindəki tələbləri baş tutmayan Yunanıstan məğlubiyyətini müzakirə edir.
Publika.az xəbər verir ki, yunan mətbuatı həm Baş nazir Kiriakos Mitsotakisi, həm də bu istəyi qəbul etməyən Avropa İttifaqını hədəf alıb.
Qərarın ardından K.Mitsotakis təhdid dolu açıqlamalar verib: "Bu, Türkiyəyə sanksiyalar məsələsində son deyil. Əgər Türkiyə təxribatçı davranışa davam edərsə, Aİ sanksiyalara cavab verəcək".
Afina Pandion Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Konstantinos Filis "Ta Nea" qəzetinə müsahibəsində Yunanıstan hökumətinin Türkiyəyə qarşı sanksiya tətbiq etmək üçün israr etməklə özünü çıxılmaz vəziyyətə saldığını deyib: "Sanksiyalar hansı şəkli alırsa alsın, Türkiyənin davranışını dəyişdirə bilməz. Üstəlik sanksiyalar uzunmüddətli ola bilməz. Avropa İttifaqı sərt sanksiya qərarını verə bilməz. Yumşaq sanksiyalar isə heç bir nəticə göstərməz və Aİ-nin nüfuzuna zərərdir. Türkiyə bunları çox yaxşı bilir".
Yunanıstan ÇALXALANIR: Makron bizi satdıYunanıstanın ən çox oxunan qəzeti olan "Kathimerini" də Aİ Liderlər Sammitində sanksiyalarla əlaqədar yaşanan mübahisəli məqamlardan yazıb.
Qəzet Almaniya kansleri Angela Merkelin Fransa Prezidenti Emmanuel Makronu inandırdığını qeyd edib: ""Berlin-Roma-Madrid" bloku yeni sanksiyaların Türkiyəyə tətbiq edilməsinə qarşı çıxdı. Paris də daha sərt sanksiyalarda israrlı görünmürdü. Makron Merkelin Aİ-nin münasibətləri daha da kəskinləşdirməsi vəziyyətində Türkiyənin Moskvaya və Pekinə yaxınlaşacağına dair narahatlıqlarına anlayış göstərdi".
Yunanıstan ÇALXALANIR: Makron bizi satdı"Avgi" qəzeti Kiriakos Mitsotakisə reaksiya verib və zirvənin nəticələrini Fransa imperatoru Napoleonun 1815-ci ildə digər Avropa gücləri tərəfindən məğlub olduğu döyüşlə - Vaterlo məğlubiyyəti ilə müqayisə edib.
"Eleutherios tipos" qəzeti "Cəsarətsiz Avropa" başlığı ilə Aİ liderlərini tənqid edib, populist və milliyyətçi "Kontra" qəzeti isə bunları yazıb: "Yalnız Merkel deyil, freqat almadığımıza görə Fransa Prezidenti Makron da bizi satdı".
Akqabay

Dünya       Tarix: 13 dekabr 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

Çin imkansızı bacardı

Üçüncü Dünya müharibəsinə səbəb olacağı ehtimal edilən ABŞ, Rusiya və Çin arasında silahlanma yarışının sürətlənməsi gərginliyi artırır. Ağ Ev Pekinin son aylarda Pentaqonu şoka salan hərbi sınaqlarından sonra hərəkətə keçdi

Haitinin Baş nazirinə sui-qəsd cəhdi oldu

Naməlum şəxslər Haitinin Baş naziri Ariel Anriyə qarşı sui-qəsd törətmək istəyiblər. "Telesur" kanalına istinadla xəbər verir ki, hadisə Qonaiv şəhərində ölkənin 218 illiyi münasibətilə keçirilən tədbirdə baş verib

Ötən sutka ərzində yoluxma sayı 829 minə yaxınlaşdı

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 829 min nəfərə yaxın olub. pandemiyanın onlayn statistikasını aparan " saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 828 min 925 nəfə

"Taliban"la Türkmənistan sərhədçiləri arasında TOQQUŞMA

Ötən ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının silahlıları ilə Türkmənistan sərhədçiləri arasında atışma olub. Bu barədə Əfqanıstanın "Hasht-e subh" qəzeti yazıb. Qəze

Böyük Britaniyada rekord sayda yoluxma qeydə alındı

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 218 724 yoluxma halı qeydə alınıb. "Sinxua"ya istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, ölkədə koronavirus

Rusiyada daha 18 233 nəfər koronavirusa yoluxdu

Rusiyada ötən sutka ərzində koronavirusa 18 233 yoluxma halı qeydə alınıb. xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 537 966 nəfərə çatıb. Son sutka ərzində həmçinin koronavirusdan 26 976 nəfər sağalıb

İrkutskda DƏHŞƏT: 5 nəfər diri-diri yanaraq öldü

Rusiyanın İrkutsk vilayətində baş verən yanğında 5 nəfər ölüb. Ölənlərdən üçü qadın, biri kişi, bir də 11 yaşlı uşaqdır. xəbər verir ki, İrkutsk vilayətinin Xomutovo kəndində taxta ikimərtəbəli yaşayış evində yanğın haqqınd

ABŞ-dan Gürcüstana tənqid: Narahatlıq doğurur

"Məhkəmə sistemi və ya müstəqil nəzarət orqanları kimi demokratik təsisatları zəiflədən addımlar Gürcüstanın NATO və Avropa İttifaqına daxil olmaq istəklərini sarsıdır". bu barədə ABŞ-ın Gürcüstandakı Səfirliyinin


azerbaycan xeberleri yeni xeberler son xeberler xabarlar en son xeber kriminal kriminal xeberler