Yunanıstanda polis yeniyetməni öldürdü: Etirazlar başladı
Yunanıstanda qaraçı yeniyetmənin xəstəxanada ölməsindən sonra ölkənin bir sıra regionlarında nümayişlər keçirilir.
KONKRET.az xəbər verir ki, bu barədə "Protothema.gr" saytı məlumat yayıb.
Etirazçılar yeniyetmənin polis tərəfindən güllələndiyini bildiriblər.
Saytın məlumatına görə, artıq bir neçə gündür ki, Yunanıstanın Afina, Saloniki, Rodos və digər böyük şəhərlərində qaraçı nümayəndələri və təşkilatlar mitinq keçirir. Gənc qaraçılar Aspropirqosdakı qaraçı düşərgəsini yandıraraq, şəhərdəki dəmiryol xətlərini bağlayıblar. Rodos şəhərində isə etirazçılar barrikadalar qurublar.
İğtişaşlar Afinanın mərkəzində də baş verir. Şəhərdə "Universitet" metrostansiyası bağlanıb və oradan etirazçıların yürüşü başlayıb.
Qeyd edək ki, dekabrın 5-də Salonikidə polis 16 yaşlı qaraçı yeniyetməni 20 avro ödəmədən yanacaqdoldurma məntəqəsindən çıxmaq istəyən zaman güllələyib. O, başından güllə yarası alaraq xəstəxanaya aparılıb və dekabrın 13-də dünyasını dəyişib.
İqbal Rzayev,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"