Zahid Oruc: "Azərbaycan ordusu qanı ilə qazandığı ərazilərdən heç bir halda geri çəkilməyəcək
Zahid Oruc: "Azərbaycan ordusu qanı ilə qazandığı ərazilərdən heç bir halda geri çəkilməyəcək"
"Bəyanatın birinci maddəsində qeyd olunan tərəflərin hazırda tutduqları mövqelərdə qalması birbaşa Azərbaycanın xeyrinədir. Çünki Ermənistan bu müharibədə hər hansı bir uğur əldə etməyib".
Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc bu gün keçirdiyi brifinqdə deyib.
Z.Oruc bildirib ki, Azərbaycan ordusu bu mövqeləri qanı-canı ilə qazanıb:
"Yəni qəhrəman Azərbaycan ordusu qanı ilə qazandığı ərazilərdən heç bir halda - nə mülki, nə humanitar məqsədlərlə geri çəkilməyəcək.
Ermənistan özünün məğlub və darmadağın olmuş silahlı qüvvələrinin qalıqlarını çıxarmaq öhdəliyini götürdüyünə görə sülhyaradıcı qüvvələrin vəzifəsi oradakı mülki ermənilər və Azərbaycan silahlı qüvvələri arasındakı hər hansı insidentin qarşısını almaq olacaq".
Könül Cəfərli

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."