ZAHİDin barmağını kəssən… -  "Söz ORUCu"nu Ukrayna ilə pozan deputata YADDAŞ DƏRSİ

ZAHİDin barmağını kəssən… -  Azərbaycanın Qarabağda parlaq qələbəsinin əldə olunmasının səbəbləri barədə çox yazılıb və danışılıb. Qələbəni şərtləndirən amillərdən biri də Azərbaycan Prezidentinin digər dövlətlərin, xüsusilə də ərazi bütövlükləri kobudcasına pozulan, əraziləri işğal edilən dövlətlərin dostluğunu qazanması oldu.
Rusiyanın, İranın və erməni havadarlarının bütün təhdidlərinə baxmayaraq, Azərbaycan dövlətinin GUAM-də təmsil olunan Gürcüstan, Ukrayna və Moldovanı ən çətin günlərdə dəstəkləməsi əsl hünərdir. Bu müdrik siyasət Ermənistanın təkcə MDB-də deyil, bütün postsovet məkanında təklənməsinə gətirib çıxardı.
Təqdirəlayiq haldır ki, dünya birliyinin, xüsusilə də ABŞ-nin davamlı olaraq Rusiyanın Ukraynaya hücum edəcəyi xəbərdarlığını sağa-sola səpdiyi bir vaxtda, müharibəyə cəmi 6 gün qalmış İlham Əliyev Kiyevə rəsmi səfər etdi. Rusiyanın gözünə dik baxaraq Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha yüksək səslə bəyan etdi. Ukrayna rəsmiləri və ictimaiyyəti bu cəsarətli addımı bütün dövlətlərə nümunə göstərdi.
Rusiyanın Ukraynaya hücumundan sonra da Azərbaycan dövləti ukraynalıların ağrı-acılarının azaldılması istiqamətində elə misilsiz xidmətlər göstərib ki, buna görə ukraynalı rəsmilərdən və jurnalistlərdən dəfələrlə minnətdarlıq sözləri eşitmişik.
Ən əsası, Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdikdən sonra Qərbdən başlanan ədalətsiz hücumlar zamanı ukraynalı deputatlar yanımızda olduqlarını sübut ediblər. Bunun ən bariz nümunəsi Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, deputat Oleksiy Qonçarenkonun çıxışı oldu. AŞPA-nın Azərbaycana qarşı sərt davranışını pisləyən ukraynalı deputat sözlərini "Yaşasın Azərbaycan!" şüarı ilə bitirdi. Azərbaycan ictimaiyyəti ukraynalı deputatın cəsarətli çıxışını minnətdarlıqla qarşıladı.
Həmin hadisənin üzərindən çox keçməyib. Amma Milli Məclisin deputatı, MM İnsan hüquqları komitəsinin sədri, üstəlik Sosial Tədqiqatlar Mərkəzinin sədri, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Zahid Oruc parlamentdə ombudsmanın hesabatının müzakirəsi zamanı öz çıxışı ilə bu qarşılıqlı münasibətlərə zərbə vuracaq mövqe sərgiləyir. Onun fikrincə, Suriyada, İraqda müxtəlif silahlı birləşmələrin tərkibində döyüşən azərbaycanlıların Rusiya–Ukrayna müharibəsində döyüşən Azərbaycan vətəndaşlarından heç bir fərqi yoxdur.
Görün, Zahid Oruc nə deyir: "Səngərin hər iki tərəfində bir-birinə güllə atanların içərisində azərbaycanlıların da olduğuna acıyırıq. Biz ikili vətəndaşları deyil, məhz Azərbaycan vətəndaşlarının nizami ordularda iştirakını üsyançı hərbi birləşmələrin tərkibində vuruşmaqla eyni cinayət hesab edirik. Ona görə də Suriya və İraqda döyüşən bir qrup azərbaycanlı kimi Ukrayna savaşında hər iki səngərdə döyüşənlərin də vətəndaşlığı ləğv olunmalıdır".
Lətifəsi Zahid Orucdan uzaq, amma sanki "Zahidin bir barmağın kəssən, dönüb Həqqdən qaçar" sətrini yazarkən qüdrətli söz ustadı İmaməddin Nəsimi belə "strateqləri" nəzərdə tutub.
Böyük ehtimalla, Zahid Oruc Ukrayna tərəfindən döyüşən azərbaycanlıları hədəf alıb. Çünki indiyədək işğalçı Rusiyanın tərəfindən könüllü vuruşan Azərbaycan vətəndaşına rast gəlməmişik. Uzaqbaşı söhbət Rusiya vətəndaşı olan azərbaycanlılardan gedə bilər ki, onların da sayı çox azdır. Rusiyanın sayəsində torpaqlarımızın işğal olunması ağrısını 30 il ərzində daşıyan azərbaycanlılar heç bir vaxt Rusiya tərəfdən döyüşməzlər. Çünki bu, şərəf məsələsidir. Bizim həmyerlilərimizi yalnız Ukrayna tərəfində görmək mümkündür.
Amma "strateq"in azərbaycanlıların başımıza Xocalı müsibətini gətirmiş faşist Ermənistanından heç nə ilə fərqlənməyən Rusiyanın qəsbkar siyasətinin aləti olmamaq çağırışını heç vaxt eşitməmişik. Vaxtilə "dərin dövlət adamı" adlandırdığı, Rusiyaya əbədi sevgisi olan Ramiz Mehdiyevin müdafiəsi üçün təkbaşına mücadilə aparan "strateq"dən bunu gözləmək qeyri-mümkündür. 
"Strateq" onu da unudur ki, bu, bizim Ukrayna əsilli Azərbaycan Milli Qəhrəmanları Viktor Seryogin və Ruslan Polovinka qarşısında vəfa borcumuzdur. Birinci Qarabağ müharibəsi dövründə Viktor Seryogin 1992-ci il yanvarın 28-də Şuşadan dinc sakinləri təxliyə edərkən, Ruslan Polovinka isə 1992-ci il avqustun 6-da hərbi tapşırığı yerinə yetirərkən qəhrəmancasına həlak olublar. Onlara ölümlərindən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Məgər ukraynalı parlamentarilər onların Qarabağda döyüşünü hansısa terrorçu silahlı birləşmələrdə savaşanlarla eyniləşdirmişdimi, yoxsa onların Ukrayna vətəndaşlığından məhrum edilməsi təklifini irəli sürmüşdü?
Xocalı soyqırımı baş verərkən Zahid Orucun harada olduğunu bilmirik. Amma bu amansız hərbi cinayət barədə rəsmi Bakıya ilk xəbəri çatdıran ukraynalı pilot Leonid Kravets olub. Bütün təhlükələrə baxmayaraq, 2 gün sonra reportyor Çingiz Mustafayevi və hərbçiləri soyqırım ərazisinə aparan ilk pilot da Leonid Kravets idi. Onun Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində hazırlanmış "Cəhənnəmi görmüş pilot" filmində hadisələri olduğu kimi nəql etməsi dəyərli şahid ifadəsidir. Təsadüfi deyil ki, 2016-cı ildə Prezident İlham Əliyev Kravetsin xidmətlərini yüksək qiymətləndirərək onu "Tərəqqi" medalı ilə təltif edib.
Bu qəhrəmanlığına görə Ukrayna tərəfi Kravetsi qınayıbmı, onu vətəndaşlıqdan məhrum ediləcəyi ilə hədələyibmi? Təbii ki, xeyr!
Hazırda isə Ukrayna prezidenti Volodimir Zelenski cəbhədə ukraynalı hərbçilərlə çiyin-çiyinə ölkənin bütövlüyünü qorumağa çalışan azərbaycanlı hərbçilərə "Ukrayna Qəhrəmanı" fəxri adını təqdim edir. Onlardan biri də Azərbaycan əsilli ukraynalı hərbçi, tağım komandiri, baş leytenant Ağasıyev Kiril Yaşar oğludur və biz azərbaycanlı qəhrəmanlarımızla qürur duyuruq.
İkinci Qarabağ savaşından sonra Ermənistan və ermənipərəstlər Ukraynanın Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrinin pozulması naminə müxtəlif məkrli addımlar atmaqdadır. Çox güman ki, Ermənistan mediası və Ukraynadakı ermənipərəst KİV-lər bizim "strateq"in "dəyərli" təklifini Ukrayna ilə münasibətlərimizi zədələmək üçün gündəmə gətirməyə çalışacaqlar.   
Artıq dünəndən başlayaraq Ermənistan mediası "fitili" alovlandırmağa başlayıb. Zahid Orucun çıxışının azərbaycanlıların Ukraynada döyüşməsinə dair hissəsini "Azərbaycanda etiraf edilib ki, onların muzdluları Ukraynada Rusiyaya qarşı vuruşur" kimi qələmə verib.
"Dərin dövlət xadimi"nin şagirdini bir kənara qoyuruq, nədən parlamentin hörmətli spikeri siyasi səhvə yol verən deputata xəbərdarlıq etməyib?! Parlament iclasında belə cəfəng fikrin səsləndirilməsinə necə yol vermək olar?!
KONKRET.az-ın Analitik Qrupu

Siyasi     Baxılıb: 122   Tarix: 08 mart 2024
f Paylaş

Oxşar xəbərlər

ABŞ vitse-prezidentinin Azərbaycana səfəri dünya mediasının diqqətindədir - FOTOLAR

ABŞ vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri dünya mediasının diqqətindədir.  AZƏRTAC-a istinadən xəbər verir ki, səfər zamanı iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası, Azərbaycan Prezident

Dövlət Xidmətinin əməkdaşları təltif edildi - Adlar

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları və mülki işçiləri təltif edilib. -un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, xidməti vəzifələrin

TƏCİLİ! Xameneidən Pezeşkiana qarşı ŞOK GEDİŞ: Həbs edilənlər var

İranda siyasi sabitliyin qorunması üçün uzun illərdir tətbiq olunan mexanizm yenidən işə düşüb: ölkədə islahatlar barədə müzakirələr güclənən kimi, təhlükəsizlik strukturları fəallaşır. KONKRET.azxəbər verir ki, bu dəfə təşəbbü

Xartiya: Azərbaycan və ABŞ əməkdaşlığın 5 əsas məqsədini müəyyənləşdirib

Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində ikitərəfli əməkdaşlığın beş əsas məqsədini müəyyənləşdirib. -ınməlumatına görə, bu barədə bu gün Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-nin Vitse-prezident

Prezident: "Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq"

"Sərmayələr istənilən ölkənin inkişafında əsas aparıcı qüvvədir". xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiy

Abbas Abbasov barəsində qiyabi həbs qərarı verilib

Abbas Abbasov barəsində qiyabi həbs qərarı verilib. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin bu gün yaydığı məlumatda deyilir. Bildirilib ki, Abbas Abbasov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti

Cey Di Vens: "TRIPP Cənubi Qafqaza uzunmüddətli sülh gətirəcək"

"Tramp marşrutu" layihəsi (TRIPP) tranziti və ticarəti blokdan çıxarmaqla Cənubi Qafqaz regionuna əhəmiyyətli iqtisadi mənfəət gətirəcək". KONKRET.azxəbər verir, bu barədə ABŞ vitse-prezidenti Cey Di Vens Ermənistanı

Alyona Əliyeva Göygöl Milli Parkından paylaşım edib

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Göygöl Milli Parkında olub.  həmin paylaşımı təqdim edir:

Vens: Prezident Tramp Azərbaycana və Ermənistana heyrandır

Azərbaycan və Ermənistan arasında Prezident Trampın vasitəçilik etdiyi sülh razılaşması düşünürəm ki, onun vasitəçiliyi ilə olan yeddinci və ya səkkizinci sülh razılaşmasıdır. Bilirəm ki, Prezident Tramp bununla çox qüru


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən xəbər son xeber.az xəbər.az cəbhədən görüntüleri