Zakaryan: "Erməni xalqı maksimum 10 ildən sonra regiondan gedəcək"
"Əgər sabah bütün kommunikasiyalar açılsa, o zaman Qarabağ sakinləri birbaşa təhlükə ilə üzləşəcək".
KONKRET.az xəbər verir ki, bu fikri mətbuatda Ermənistanın müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan deyib.
Onun sözlərinə görə, türk biznesi, türk kapitalı, türk ekspansiyası – siyasi, iqtisadi, mədəni, ideoloji sahələrdə Ermənistanı əhatə edəcək və erməni xalqı maksimum 10 ildən sonra burada ya ikinci təbəqə kimi yaşayacaq, ya da diaspor sıralarına qoşulacaq. "Hərbi genişlənmə ehtimalını azaltmaq olmaz, amma hərbi ekspansiya olmasa belə, biz yenə də ölkəni itirəcəyik – onu müharibə yolu ilə və ya başqa üsullarla itirsəniz, bunun nə fərqi var?", o, nəşrə müsahibəsində deyib.
Artak Zakaryanın fikrincə, "Ermənistan sistemli şəkildə subyektivliyini və dövlətçiliyini itirəcək".
Rəsmiyyə Şərifova,
KONKRET.az

"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi