Zakir Həsənov Şuşa əməliyyatı barədə: "Aviasiya və artilleriyadan istifadə etmədik

Zakir Həsənov Şuşa əməliyyatı barədə: Şuşa əməliyyatı barədə hər şeyi danışmaq olmaz. Bu əməliyyat bugünə qədər də məxfidir.
Bu sözləri "REAL TV"-yə müsahibəsində Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.
O bildirib ki, Ali Baş Komandan İlham Əliyev Şuşa əməliyyatına dair bir sıra ciddi tapşırıqlar vermişdi:
"Verilən tapşırıqlardan birini demək istəyirəm. Prezident xüsusilə tapşırdı ki, keçiriləcək əməliyyatlarda nəzərə almaq lazımdır ki, Şuşa bizim mədəniyyət mərkəzimizdir. Yəni, burada bizim çətinliklərimiz var idi, biz artilleriyadan güclü istifadə edə bilmədik. Həmən ərəfədə hava da buludlu oldu. Şuşa əməliyyatı zamanı biz pilotsuz uçuş aparatlarından da istifadə edə bilmədik, kəşfiyyatın aparılmasında da çətinliklər yaranırdı. Təyyarə və helikopterlərimizdən də istifadə edə bilmədik. Biz aviasiya və artilleriya ilə Şuşa ətrafındakı əriziləri işlədik necə lazımdır, Ermənistan qoşunlarını artilleriya ilə darmadağın etdik. Onlar çox ciddi itki verdilər. İnternetdə şəkillər var, səpələniblər Laçın dəhlizi boyu.
Şuşa əməliyyatında bütün qoşun növlərinin yüksək peşəkarlığını gördüm. Mən mətbuatda istehkam mühəndis qoşunlarının adlarının çəkildiyini görmədim. İstərdim onların da adı çəkilsin. Onlar qısa bir müddətdə inanılmaz iş görüb, yol çəkdilər. Bu yol ermənilər üçün şok oldu. Ermənilər bizim Şuşaya əsas hücum istiqamətimizi başqa yoldan gözləyirdilər deyə, güclərini başqa yerdə cəmləmişdilər.
Daha sonra bizim qəhrəman topçularımızın işini qiymətləndirirəm. Təcrübəli mütəxəssislər bizim topçuların atışına baxıb "tapança kimi vururlar" deyiblər. Topla 30-60 km məsafəni dəqiq vururlar.
Şuşa əməliyyatında kəşfiyyat, həmlə birlikləri və elitar qoşunlarımız hesab olunan xüsusi təyinatlılar bu əməliyyatda iştirak ediblər. Bu gün də Şuşa əməliyyatının təşkili barədə maraqlanırlar, lakin bu gizli məlumat olaraq qalacaq"

Siyasi       Tarix: 28 iyun 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta mezennesi 2026 valyuta mezennesi son xeber ən son xəbər