"Zalujnının ABŞ-la münasibətlərində fikir ayrılığı var idi" - Media
"Prezident Vladimir Zelenski general Valeriy Zalujnını Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən uzaqlaşdıraraq iki lider arasında aylarla davam edən gərginliyə son qoyub".
KONKRET.az xəbər verir ki, bu barədə "Politico" yazır.
Qeyd olunur ki, Zalujnı Zelenskinin potensial siyasi rəqibi kimi görünür. O, həmçinin ABŞ ordusu ilə keçən ilki əks-hücumun necə aparılacağına dair razılığa gəlmədikdən sonra Vaşinqtonla gərginlik yaşayır.
Zelenski Ağ Evə deyib ki, o, Zalujnını vəzifəsindən uzaqlaşdırmaq niyyətindədir və ABŞ bu qərarı Kiyevin öhdəsinə buraxıb.
Yüksək rütbəli ukraynalı zabit bildirib ki, hərbi məmurlar son vaxtlar Zalujnının hərəkətlərindən məyusluq keçirirdi. Onlar bildirirdi ki, cəbhədə taktiki və ya strateji cəhətdən dəyişiklik etmək əvəzinə, Zalujnı "Facebook" və digər sosial şəbəkələrdə öyünməklə məşğul idi.
Zalujnı həmçinin Ukrayna ordusunun Qərb tipli qüvvəyə çevrilməsini başa çatdırmaması, maddi-texniki təminatı yaxşılaşdırmaması üçün də tənqid edilib.
Burhan,
KONKRET.az

Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi
İran ordusunun zabiti öldürüldü
Oğlu öldürülən qadın gəlinini bağışladı, məhkəmə cəzasını azaltdı
Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir