Zaqatalada avtomobil ağaca çırpıldı - YENİLƏNİB
Zaqatalada minik avtomobili ağaca çırpılıb.
KONKRET.az məlumatına görə, hadisə günorta saat 13 radələrində Zaqatala-Muğanlı avtomobil yolunun Muğanlı kəndinin girişində baş verib.
Rayonun Qandax kənd sakini 1986-cı il təvəllüdlü Ramin Eldar oğlu Bayramovun idarə etdiyi "VAZ-21015" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan R. Bayramov və avtomobildə sərnişin qismində olan sürücünün qız 2016-cı il təvəllüdlü Əsmanur Ramin qızı Bayramova Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdirilib.
R. Babayevin vəziyyəti orta-ağır qiymətləndirilir, onun müalicəsi xəstəxanada davam etdirilir.
Sürücünün övladı Ə. Bayramovaya başın açıq yarası dioqnozu qoyulub.
Ə. Bayramovanın xəsarəti yüngül olduğundan ona lazımi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
20:35
Zaqatalada minik avtomobili ağaca çırpılıb, xəsarət alan var.
KONKRET.az xəbər verir ki, hadisə günorta saat 13 radələrində Zaqatala-Muğanlı avtomobil yolunun Muğanlı kəndinin girişində baş verib.
Hərəkətdə olan "VAZ 21015" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan rayonun Qandax kənd sakini 1986-cı il təvəllüdlü Ramil Eldar oğlu Babayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdirilib. R. Babayevin vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi