Zaqatalada doğuşdan sonra ananın ölüm səbəbi banan olub? - TƏFƏRRÜAT + VİDEO
Zaqatala rayonunda qeysəriyyə əməliyyatından sonra ananın ölümünün yeni təfərrüatları məlum olub.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, Zaqatala rayonu Göyəm kənd inzibati ərazisinə aid Çökəkoba kənd sakini, 1995-ci il təvəllüdlü Rəna Eyvaz qızı Ramazanova uşaq dünyaya gətirmək üçün martın 18-də Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) doğum şöbəsinə müraciət edib.
Həmin gün Zaqatala RMX-nın doğum şöbəsində Rəna Ramazanovanı müayinə edən ginekoloq həkim Rəna Sultanova ona martın 19-da qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirmək lazım olduğunu bildirib.
Belə ki, əməliyyatla qız uşağı dünyaya gətirən Rəna Ramazanovanın əməliyyatdan bir gün sonra dözülməz ağrıları başlayıb. Lakin həkimlər xəstənin yaxınlarına ciddi bir hal olmadığını bildiriblər.
Qadının vəziyyətinin ağırlaşdığını görən həkimlər martın 21-i səhər saatlarında Rəna Ramazanovanı reanimasiyaya yerləşdiriblər. Bundan bir neçə saat sonra ana dünyasını dəyişib. Mərhumun yaxınları qadının ölümünə həkim səhlənkarlığının səbəb olduğunu iddia edirlər.
Mərhumun yaxınları bildirib ki, ağrıları olan Rəna həkimə bu barədə məlumat versədə, kök olduğu üçün ağrıların normal olduğu cavabını alıb. Daha sonra Rənanın qaynanası da gəlininin ağrılarının səbəbini öyrənmək üçün həkimə müraciət edib və həkim qeyd edib ki, xəstə banan yediyinə görə köpüb və ağrılara səbəb budur.
Mərhumun atası Eyvaz Məmmədov bildirib ki, xəstəxanaya yerləşdirildikdən sonra yaxınlarını içəri buraxmayıblar və qızı onlara göndərdiyi səs yazılarında ona baxmadıqlarını və yardım etmədiklərini bildirib.
Məlumata görə, dünyaya gələn uşağın vəziyyəti normaldır.Faktla bağlı araşdırma aparılır.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar