Zaqatalada qəza, xəsarət alanlar var
Axşam saatlarında Zaqatala-Aşağı Tala avtomobil yolunda, rayonun Aşağı Tala kəndi ərazisindən keçən hissədə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
DİN-in mətbuat xidmətindənKONKRET.az-a verilən məlumata görə, rayonda taksi fəaliyyəti ilə məşğul olan 57-BN-267 dövlət nömrə nişanlı "VAZ-21011" markalı avtomobillə "Mercedes" markalı 99 GL 668 dövlət nömrə nişanlı minik avtomobili toqquşub.
Qəza nəticəsində Zaqatala şəhər sakinləri 30 yaşlı Orxan Paşayev, onun 33 yaşlı qardaşı Elçin Paşayev və Aşağı Tala kənd sakini 28 yaşlı Əzim Cavadov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə Təcili Tibbi Yardım cəlb edilərək yaralılara ilkin tibbi yardım göstərilib. Daha sonra hər üç şəxs Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda hər üç yaralının müalicəsi davam etdirilir.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma başlanılıb, qəzanın təfərrüatları araşdırılır.
Xidmetler [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi