Zaur Baxşəliyev karantin qaydalarını pozub, ad günü keçirdi
ATV telekanalında yayımlanan "Bizimləsən" sosial-ictimai proqramının aparıcısı Zaur Baxşəliyev evində ad günü məclisi keçirib.
Open.az xəbər verir ki, teleaparıcı ölkəmizdə tətbiq olunan karantin rejimi qaydalarını pozaraq, evində həm özünün, həm də anası Dilavər xanımın ad gününü qeyd edib.
Həmin anları telefonunun yaddaşına köçürən Zaur doğum günü "party"sindən görüntüləri sosial media hesabında paylaşıb.
Sosial şəbəkə istifadəçiləri teleaparıcı ilə anasını təbrik ediblər.
Efirdən insanlara səslənərək, karantin rejimi qaydalarına əməl olunmasını xahiş edən Z.Baxşəliyev özü bu tələbləri pozub. Paylaşılan videoda 10-dan çox insanın ad günü məclisində iştirak etməsi nəzərdən qaçmayıb.
Qeyd edək ki, hazırda Azərbaycanda karantin rejimi davam edir. Dövlət tərəfindən tətbiq edilən qaydalara əsasən, 10 nəfərdən artıq bir yerdə toplaşmaq qadağandır. (Oxu.az)

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq