Zaxarova: Azərbaycan və Ermənistan üçtərəfli bəyanatların icrasına çalışmalıdır
"Təəssüflər olsun ki, bu tip informasiya mütəmadi olaraq yayılır. Hər iki tərəf belə məlumatlar səsləndirir. Biz həm KİV vasitəsilə bu materiallarla tanış olmaq imkanına malikik, həmçinin tərəflər bizə məlumatları təqdim edir".
Bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova həqiqiliyi Azərbaycan Baş Prokurorluğu tərəfindən araşdırılan video ilə bağlı suala cavabında bildirib.
O qeyd edib ki, bütün baş verən bu tip hallar təxirəsalınmaz, dəqiq və hərtərəfli təhlil olunmalıdır. Həmçinin burada hərbi cinayətlərin baş verib-verməməsi də dəqiqliklə yoxlanmalıdır.
"Bu gün hər iki tərəf (Azərbaycan və Ermənistan – red.) üç ölkə liderlərinin imzaladığı razılaşmaların bütün bəndlərinin həyata keçirilməsinə çalışmalıdır. Bura həmçinin digər məsələlər də daxildir – saxlanılanların dəyişdirilməsi, itkin düşənlərin taleyinin müəyyənləşdirilməsi, regionun humanitar-mədəni irsinin qorunub saxlanması", - XİN rəsmisi vurğulayıb.
///Apa / azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü