Zəfər Günü Xankəndidə keçiriləcək - Azərbaycan dünyaya hansı mesajı verir?

Zəfər Günü Xankəndidə keçiriləcək - Azərbaycan dünyaya hansı mesajı verir?Noyabrın 8-də Azərbaycan 44 günlük Vətən savaşında qələbəsinin üçüncü ilini - Zəfər Gününü qeyd edəcək.
Zəfər Günü bu dəfə Xankəndi şəhərində keçiriləcək.
Hərbi paraddan sonra Zəfər Gününün Şuşada davam etməsi gözlənilir.
Bəs görəsən, Zəfər Günü Xankəndidə qeyd olunması dünyaya hansl mesajl verəcək?
Məsələ ilə bağlı azxeber.com-a danışan Milli Məclisinin deputatı Hikmət Babaoğlu deyib ki, Zəfər Günün Xankəndidə keçirilməsi Azərbaycan dövlətçiliyinin təntənəsidir:
Zəfər Günü Xankəndidə keçiriləcək - Azərbaycan dünyaya hansı mesajı verir?"Zəfər Gününün Xankəndidə qeyd edilməsinin nəzərdə tutulması hər şeydən öncə Azərbaycan dövlətçiliyinin, Konstitusiyanın bütün ərazidə tətbiq olunması hadisəsinin təntənəsidir. Nəhayət, bir əsrdən çox bir müddətdə Azərbaycan xalqı üçün süni şəkildə əlçatmaz hesab edilən Xankəndi Azərbaycan xalqının iradəsinin qürurudur. Amma bunun başqa bir əhəmiyyəti də var. Bu, eyni zamanda, qüdrətli Azərbaycan dövlətinin gücünün, hüquqi dövlət olmasının göstəricisidir ki, bu da dünyaya sülh mesajı vermiş olacaq".
Deputat əlavə edib ki, digər tərəfdən Zəfər Gününün Xankəndidə qeyd olunması bir daha Azərbaycanın sülhpərvər və hüquqi dövlət qurmasının göstəricisi kimi başa düşülməlidir:
"Azərbaycan bu gün Xankəndidə Zəfər Paradı keçirərkən, başqa bir tərəfdən Dövlət Miqrasiya Xidmətinin xüsusi səhifəsini yaratmaqla Qarabağda yaşayan ermənilərin güclü dövlətin vətəndaşı olması üçün hüquqi imkanlar yaradıb. Bu da xüsusi bir addımdır. Avropa İnsan Hüquqları İnstitutlarına, İnsan Hüquqları üzrə İxtisaslaşmış Avropanın beynəlxalq təşkilatlarına ermənilərin bu cür qüdrətli ölkənin vətəndaşı olmaq seçimi təklifi edilib. Bu mənada həm də Zəfər Gününün Xankəndidə qeyd olunması bir daha Azərbaycanın sülhpərvər və hüquqi dövlət qurmasının göstəricisi kimi başa düşülməlidir".
Mikayıl Mirzəzadə

Siyasi       Tarix: 31 oktyabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber.az bu gun cəbhədən son xəbər cəbhədən son durum axsam.az xeberler