Zəfər Günününə həsr olunan çərçivəsində "Zəfər Talks" layihəsi keçirilib
"Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı və Azərbaycan Hərb Tarixi Muzeyinin dəstəyi ilə 44 günlük Vətən müharibəsinin şanlı qələbəsinə - Zəfər Gününə həsr olunan "ZəfərTalks" layihəsi çərçivəsində görüş keçirilib.
Layihənin məqsədi gənclərimizin hərbi vətənpərvərlik ruhunda yetişməsinə töhfə vermək, Qarabağ zəfərini qeyd etmək və gəncləri maraqlandıran suallara cavab tapmaqdır.
Tədbirin əvvəlində qonaqlar üçün Azərbaycan Hərb Tarixi Muzeyində ekskursiya təşkil olunub və muzey haqqında qısa film nümayiş etdirilib.
Tədbirin açılış nitqini Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi Əzizağa Qəni-zadə, Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik Tərbiyəsi sektorunun məsləhətçisi Elşən Hüseynov və "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin sədri Əli Abdullazadə edib.
Daha sonra Müharibə veteranı, keçmiş Kəlbəcər tabor komandiri Balay Nəsibov, Mətbuat Şurası İdarə heyətinin üzvü, Azxəbər saytının baş redaktoru Hacıbəy Heydərli, Azərbaycan Hərb Tarixi Muzeyinin tədqiqatçı – baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılov, Vətən Müharibəsi iştirakçısı Murad Ağayev ilə Zəfər Gününün mahiyyəti, Vətən müharibəsi, informasiya müharibəsi, bu sahədə öz həyat təcrübələri və digər mövzularda müzakirə aparılıb, gəncləri və yeniyetmələri maraqlandıran suallara cavab veriblər.
Sonda isə, qonaqlar və iştirakçılarla birlikdə xatirə şəkli çəkilib.
/ azxeber.com

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi