Zəfər Paradı "Tək Yumruq" olduğumuzu göstərən bir gün idi - Hulusi Kılıç
10 dekabr 2020-ci il Azərbaycanın Qarabağ zəfərinin imza günüdür.
KONKRET.az xəbər verir ki, bu barədə trend-ə Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin (İB) Türkiyə rəhbəri, Azərbaycan Ağsaqqallar Şurası Fəxri üzvü Hulusi Kılıç bildirib.
O qeyd edib ki, həmin gün Azərbaycan dünyaya qazandığı tarixi zəfəri göstərdi.
"10 dekabr 2020-ci il Azadlıq Meydanındakı paradda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışları böyük məna kəsb edir. Paradda həmçinin 44 günlük Vətən Müharibəsində şəhid olan Azərbaycanın igid əsgərlərini təmsil edən Türkiyədən 3 minə yaxın iştirak etdi. Dünya tarixində heç bir zaman belə birlik, bərabərlik, qardaşlıq görülməyib. Bu çox mənalı mesaj idi.
Türk dünyası bu paradı çox yaxından izlədi. Onlar üçün böyük qürur idi. 44 günlük Vətən Müharibəsində Türkiyə Azərbaycana lazım olan mənəvi və siyasi dəstək verdi. "Azərbaycan tək deyildir" mesajı verdi. Dünyada buna bənzər qardaşlıq nümunəsi yoxdur. Gücümüz birliyimizdədir. Zəfər Paradı da "Tək Yumruq" olduğumuzu göstərən bir gün idi. Bu bir bayram idi. Zəfərimiz daim olsun, Vətənimiz möhkəm olsun. Bu yolda şəhid düşənlərə Allahdan rəhmət, qazilərimizə sağlamlıq diləyirəm",- deyə H.Kılıç bildirib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda