Zəfər TƏXRİBATI hazırlanır - Moskva və Tehranın Şuşa HƏDƏFİ

Zəfər TƏXRİBATI hazırlanır - Moskva və Tehranın Şuşa HƏDƏFİ"Fars, rus, erməni Azərbaycan düşməni".
KONKRET.az xatırlatma verir ki, bu şüarı cənubi azərbaycanlılar 44 günlük savaş ərzində İrandakı aksiyalarda səsləndiriblər.
Allahsızlar üçbucağı
Cənubi Qafqaz dairəsindəki bu təhlükəli üçbucaq, yəni fars, rus və ermənilərin iş birliyi XX əsrdən – 1921-ci ildən formalaşmağa başlayıb:
✓ SSRİ-nin Azərbaycana qarşı işğal və repressiyaları
✓ Ermənistan SSR-in Azərbaycan əraziləri ilə genişləndirilməsi
✓ İranda farsların azərbaycanlı Qacarlar sülaləsinin yerinə taxta gətirilməsi
Azərbaycan bütün bunlara baxmayaraq, II Qarabağ müharibəsində əldə olunan Haqq zəfəri ilə "Allahsızlar üçbucağı"nın qır qazanını qaynatdı. Buna görə də Azərbaycanın Zəfər paradları Rusiya, İran və Ermənistanı qıcıqlandırır. Onlara elə gəlir ki, Azərbaycan Ordusu həmin yürüşdə bunların (fars, rus, erməni) şəxsiyyətinin üstündə addımlayır. Amma şəxsiyyət vəsiqəsinin olması şəxsiyyətin mövcudluğu demək deyil. Odur ki, şəxsiyyətsizlərdən hər təxribatı gözləməyə dəyər. Son hadisələr isə barıt qoxuludur:
1. Ermənilər Kəlbəcəri atəşə tutub.
2. Rusiya separatçıları silahlandırır.
Birincisi, İrəvan hökuməti son atəşkəs pozma hallarını sentyabr olayları ilə əlaqələndirir. Belə ki, həmin vaxt erməni təxribatının qarşısını alan Azərbaycan Ordusunun yeni mövqelərə nəzarət etdiyi və nisbətən irəlilədiyi deyilir. Paşinyangil isə Azərbaycandan daha əvvəlki pozisiyalara qayıtmağı tələb edir. Absurddur. Çünki Azərbaycanın öz əraziləri çərçivəsində hərbi əməliyyat aparması hamıya bəllidir. Bunu İrəvanın Bakı ilə razılaşdırılmadan sərhədə dəvət etdiyi ATƏT-in qanunsuz müşahidəçi missiyası da, Ermənistanı qoruyan rus sərhədçiləri də görüşməsi də sübut edir. Yəni Azərbaycan beynəlxalq aləmdə tanınan sərhədləri çərçivəsində mövqe möhkəmləndirir.
• O Ermənistandır ki, separatçı rejim vasitəsilə Azərbaycanın içində mina basdırır, post qurur.
İkincisi, Rusiya Xəzər dənizi marşrutu ilə İran, oradan da Ermənistana silah daşıyır. Sözügedən sursat humanitar yardım adı ilə Laçın dəhlizindən Xankəndidəki "Arsax ordusu"na ötürülür. Sülhməramlıların ilk vəzifəsi separatçıların tərkisilahı, yoxsa silahlandırılmasıdır? Sənəddə tərkisilah qeyd olunub, sərhəddə isə silahlandırma qeydə alınıb. Bəli, doğrudan da Rusiyada Putinin imzasına Paşinyanın imzası qədər hörmətsiz yanaşanlar var. Belə halların tez-tez baş verməsi elə Putinin də öz imzasına hörmət edib-etmədiyi sualını doğurur.
Şuşa təxribatı
Yuxarıda qeyd etdiyim kimi, Azərbaycanın qürurlu, sevincli günləri "Allahsızlar üçbucağı"nın boğazından keçmir. Çünki "Allahsızlar üçbucağı"nın iştirakçıları şərəf və ləyaqət üçəmləridirlər. Yəni onların hamısı bir-birinin tayıdır. Bunu düzbucaqlı üçbucaq haqqında Pifaqor teoremi də təsdiqləyir: katetlərin kvadratı hipotenuzun kvadratına bərabərdir.
Üçbucağın təxribat kvadraturası isə Cənubi Qafqaz boydadır. Amma bütün məkirləri Şuşa paradına tuşlanıb. Təxribat planı:
– İran-Azərbaycan sərhədində hansısa insidentin (narkotacirlərlə silahlı toqquşma da ola bilər) yaşanması ki, Azərbaycan güc strukturlarının diqqətini bir yerdə cəmləmək niyyəti baş tutsun.
– İranın Qafan konsulluğunun təhlükə altında olması bəhanəsilə Zəngilan-Qubadlı sərhədinə qoşun (Moskva və İrəvanla razılaşdırıb) yeritməsi də diqqət yayındıran manevrlərdən ola bilər.
– Rus sülhməramlılar Şuşada terror törətmək üçün separatçılara rahat gediş-gəliş şəraiti yaradacaq.
– Azərbaycana təzyiq vasitəsi kimi hansısa sülhməramlının ölüm, yaxud yaralanması da planlaşdırıla bilər.
Belə özbaşınalıqlar isə Azərbaycanın antiterror əməliyyatı keçirməsi ilə nəticələnəcək ki, Kremlin öz istədiyinə hüquqi don geyindirməyi asanlaşacaq: "sülhməramlıların sayı və xidmət müddəti artırılmalıdır ki, Qarabağda ermənilərlə azərbaycanlılar arasında toqquşmalar baş verməsin". Halbuki bu təxribatların arxasında kimlərin dayandığı hamıya bəllidir. Yəni türklərin "yemezler" zarafatı ilə desək, Krem ilə Tehran minarələrinin hiyləsi keçməyəcək.
"Sən saydığını say, gör fələk nə sayır".
– Bu misalla fələk regionda yeni reallıqlar yaradan Azərbaycandır. Ermənicə saymaq istəyən "sən" isə Rusiya, İran və Ermənistandır.
– Ağdamdakı Birgə Monitorinq Mərkəzində türk zabitlər də var. Bu isə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı fonunda Qarabağda bütün baş verənlərdən Bakının da xəbərdar olması deməkdir.
– Zəfər gününə hazırlıq yüksək səviyyədə gedir. Təsdiq kimi dünən səfərdə olduğum şimal regionlarımızın Azərbaycan bayrağı və şəhid rəsimlərinə bürünməsini göstərə bilərəm.
– Onsuz da Xankəndi erməniləri Şuşadakı azan səsi ilə oyanır. Sabah isə himn və istiqlal marşımız onların qanına işləyəcək. Arayik tayfasının baykot və "referendum" mitinqləri bir işə yaramayacaq.
– Azərbaycan ərazisində istənilən təxribatın qarşısı qətiyyətlə alınacaq. Yoxsa Prezident İlham Əliyev hər çıxışında erməni və havadarlarına "Dəmir Yumruq" xəbərdarlığı etməzdi.
– Əsas odur ki, bütün hadisələr Azərbaycan bayrağının kölgəsində gedir. Və burada nə Leninin SSRİ, nə də Xomeyninin "Vilayəti-Fəqih" bayraqları dalğalanır.
Anar Rəhimov,
KONKRET.az

Siyasi       Tarix: 07 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Deputatlar süni intellektdən necə istifadə edir? - SORĞU

Süni intellekt artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İnsanlar müxtəlif sahələrdə işlərini asanlaşdırmaq, məlumat əldə etmək və vaxt qazanmaq üçün süni intellekt alətlərindən istifadə edirlər. Milli Məclisi

"Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq

"Bir daha demək istəyirəm, bu 20 il ərzində görülmüş işlər imkan verdi ki, biz əsas infrastruktur layihələrimizi icra etdik. O vaxt xaricdən həm təbii qaz, həm də elektrik enerjisi alırdıq". xəbər verir ki, bu sözlər

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

Prezident icra başçısını vəzifəsindən azad etdi

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb

Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi – Kimlər gedə biləcək?

Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman "Azərbaycan Respublikası Hökuməti ilə Banqladeş Xal

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler az valyuta mezennesi 2026 valyuta mezennesi banklar beynelxalq bank mezenne