Zelenski: "ABŞ bu müharibəni bitirməyə hazırdır"
Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində ABŞ-ın bu müharibəni bitirməyə hazır olduğunu və yaxın şənbə günü Amerikada danışıqlar qruplarının görüşünün planlaşdırıldığını bəyan edib. Onun sözlərinə görə, Ukrayna nümayəndə heyətinin siyasi hissəsi artıq danışıqlar üçün yola düşüb.
KONKRET.az xəbər verir ki, dövlət başçısı danışıqlarda yaranmış fasilənin başa çatdığını vurğulayıb: "Danışıqlarda fasilə var idi, artıq onu bitirməyin vaxtıdır. Biz hər şeyi edirik ki, bu müzakirələr həqiqətən məzmunlu olsun. Ukrayna komandası — məhz danışıqlar qrupunun siyasi hissəsi artıq yoldadır və biz bu şənbə günü Amerika Birləşmiş Ştatlarında görüşlərin keçiriləcəyini gözləyirik".
Xatırladaq ki, Kreml tərəfi də bundan əvvəl danışıqların dayandığını təsdiqləmişdi. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd etmişdi ki, Amerika tərəfinin "digər prioritetləri" olduğu üçün proses pauza vəziyyətindədir. O, danışıqların amerikalı vasitəçilərlə qrafiklər razılaşdırıldıqdan sonra bərpa olunacağını bildirmişdi.
Natiq Səlim,
KONKRET.az

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK