Zelenski ilə Kılıçdaroğlunu nə birləşdirir?

Zelenski ilə Kılıçdaroğlunu nə birləşdirir?Türkiyə müxalifəti ABŞ-la təmaslar çərçivəsində öhdəliklər götürüb; Ünal Çeviköz: "Rusiyaya NATO üzvü olduğumuzu xatırladacağıq"
Türkiyədə prezident və parlament seçkilərinə 1 aydan bir az çox vaxt qalır. Seçkidə ABŞ Ərdoğanın qələbəsini qətiyyən istəmir. Ona görə də Kiyevdə olduğu kimi, Ankarada da öz adamını hakimiyyətə gətirmək niyyətindədirlər ki, Qərbin Rusiyaya qarşı mübarizəsində iştirak etsin. Zelenski roluna artıq Türkiyə müxalifətindən vahid namizədi Kamal Kılıçdaroğlu seçilib. KONKRET.az xəbər verir ki, bu barədə "Haber7" yazıb.
Zelenski ilə Kılıçdaroğlunu nə birləşdirir?Bildirilir ki, Türkiyə müxalifəti ABŞ-la təmaslar çərçivəsində "Biz Zelenski rolunu oynamağa hazırıq" siqnalını verib. "Ukraynada məqsədinə nail ola bilməyən və Yaxın Şərqdə mövqelərini sürətlə itirən ABŞ Türkiyədə seçkilərdən sonrakı dövr üçün yeni variantlar axtarışındadır. Türkiyə müxalifəti qalib gəlsə, Vaşinqton Moskva ilə Ankara arasında, eləcə də Suriya, Qara dəniz və Mərkəzi Asiyada gərginlik yaratmağı planlaşdırır. Bunun üçün Türkiyənin müxalifət koalisiyasına Zelenski rolunu üzərinə götürmək tapşırılıb. Müxalifət koalisiyasının Türkiyədəki tərəfdaşlarının açıqlamalarına diqqət çəkən ekspertlər Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun ABŞ-a müəmmalı səfəri zamanı çıxışlarını xatırladıblar. Belə ki, mənbələr CHP liderinin bu sözlərini qeyd edir: "Hesab edirik ki, Rusiya ilə hərbi münaqişəsində biz Ukraynanın tərəfində olmalıyıq". Analitiklərin fikrincə, bu, ABŞ və NATO-ya açıq mesajdır, Rusiyaya qarşı mövqe tutacaqları öhdəliyidir.
Zelenski ilə Kılıçdaroğlunu nə birləşdirir?Ekspertlər Kılıçdaroğlunun baş müşaviri Ünal Çeviközün Amerikanın "Politico" jurnalına verdiyi müsahibədə "Rusiyaya Şimali Atlantika Alyansının üzvü olduğumuzu xatırladacağıq" sözlərinə də diqqət çəkirlər. Müxalifət koalisiyasının digər tərəfdaşları da regiona ABŞ-ın planları prizmasından baxırlar. Belə ki, Türkiyənin İYİ partiyasının başqanı Meral Akşener də Rusiyaya meydan oxuyub: "Ukraynanın igid oğullarını hörmətlə salamlayıram".
Zelenski ilə Kılıçdaroğlunu nə birləşdirir?Müxalifət koalisiyasının digər ortağı, DEVA rəhbəri Əli Babacan isə deyib: "Biz qeyd-şərtsiz Ukrayna xalqını dəstəkləyirik. İqtidar Ukrayna ilə bağlı dəqiq mövqe nümayiş etdirə bilmədi". Onlar israrla vurğulayırlar ki, Ankara Rusiya-Ukrayna gərginliyi şəraitində Kiyevi dəstəkləməlidir. Görünür, onlar ABŞ qarşısında öhdəlik götürüblər. Türkiyəni Rusiyaya qarşı qoymaq planını işə salmağa cəhd edilir. Bu, Türkiyə üçün çox təhlükəlidir" deyə, "Haber7" bildirir.
"ABŞ Türkiyə ilə Rusiya arasında gərginliyi qızışdırmağa, Montrö Konvensiyasından yan keçərək Qara dənizə girməyə ümid edir. Müxalifət koalisiyası hakimiyyətə gəlsə və Rusiya ilə konfliktə girsə, nə olacaq? Hökumət NATO-dan kömək istəyəcək və Alyans Qara dənizə də daxil olacaq" deyə, yazında vurğulanır./Musavat

Siyasi       Tarix: 09 aprel 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan Pakistana başsağlığı verdi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanda törədilən terror aktında çoxsaylı insan ölümü ilə bağlı bu ölkəyə başsağlığı verib. xəbər verir ki, bununla bağlı XİN-in "X"dəki hesabında paylaşım olunub. "Pakistanı

Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. xəbər verir ki, bəyanatda 20 sentyabr tarixinin Azərbaycan xalqının çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazıldığı qey

"Ermənilər olmayan yerdən özlərinə tarix düzəldiblər

"Azərbaycanlıların tarixi daha əsaslıdır, nəinki ermənilərin tarixi". xəbər verir ki, bunu Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

Zakir Həsənov Pakistana başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığ

Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi – Kimlər gedə biləcək?

Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman "Azərbaycan Respublikası Hökuməti ilə Banqladeş Xal

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman

Azərbaycan Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb. xəbər verir ki, sözügedən Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrind

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan IV Bakı Təhlükəsizlik Forumunda iştirak edir. APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb. Kristine Qriqoryanın bu axşam Ermənistan

Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR

Belçikanın paytaxtı Brüsseldə ictimai yerlərdə tətbiq olunan alkoqol qadağasının müddəti daha 4 il uzadılıb. xarici mətbuata istinadən xəbər verir ki, Belçikanın rəsmi xəbər agentliyi "Belga"nın məlumatına görə


son xeberler azerbaycan xeberleri yeni xeberler şou biznes xəbərləri xeberler bu qun cəbhədən görüntülər son xeberler bugun 2026 azerbaycan