Zelenskidən SON DƏQİQƏ atəşkəs açıqlaması: "Moskva da..."
Zelenski Danimarka baş naziri ilə sülh planını müzakirə edib.
KONKRET.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Danimarkanın baş naziri Mette Frederiksenlə telefonla danışıb. Söhbət zamanı tərəflər Ukraynada ədalətli və dayanıqlı sülhün təmin olunması yollarını müzakirə ediblər.
Prezident Zelenskinin sözlərinə görə, tərəflər əməkdaş ölkələrlə işin daha effektiv təşkili üçün görülməsi vacib olan addımları dəqiqləşdirib və bu istiqamətdə birgə hərəkət etməyə razılaşıblar.
Dövlət başçısı həmçinin ABŞ və Avropa ölkələrinin komandaları ilə son diplomatik nailiyyətlər barədə Frederiksenə məlumat verib. Zelenski vurğulayıb ki, Ukrayna dərhal və qeyd-şərtsiz şəkildə ABŞ-ın atəşkəslə bağlı təklifini dəstəkləyib: "İndi isə Moskva da eyni addımı atmalı, hücumları və qətlləri dayandıraraq sülhə doğru iradə nümayiş etdirməlidir".
Zelenski danışıqların sonunda Danimarka Baş nazirinin göstərdiyi dəstəyə görə ona təşəkkür edib: "Mette, hər zaman bütün təşəbbüslərə açıq və maksimal dəstək göstərməyə hazırdır. Mən buna görə minnətdaram".
Natiq Səlim,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir