"Zelenskiyə qarşı 3 dəfə sui-qəsd cəhdi olub" - KİV
"Son 1 həftə ərzində Ukrayna Prezidenti Volodimir Zelenskinin həyatına azı 3 dəfə sui-qəsd cəhdi olub".
KONKRET.az xəbər verir ki, bunu Böyük Britaniyanın "The Times" nəşri yazıb.
Məlumata görə, Ukrayna liderini öldürmək üçün iki müxtəlif qrup göndərilib. Bunlar Kreml yönümlü Vaqner qrupunun muzdluları və çeçen xüsusi təyinatlılarıdır.
Nəşrin xəbərinə görə, hər dəfə sui-qəsd cəhdlərinin qarşısı Ukrayna ilə müharibənin əleyhinə çıxan Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının sayəsində alınıb.
Kiyevdəki Vaqner muzdluları cəhdləri zamanı itki veriblər və ukraynalıların bunu necə müəyyənləşdirdiklərindən narahat olublar. Qrupa yaxın mənbə bildirib ki, V.Zelenskinin təhlükəsizlik xidmətinin məlumatlılığı onlar üçün "tükürpədici" olub.
Qeyd olunub ki, həmçinin fevralın 26-da Kiyevin kənarında məhv edilən çeçen muzdlulardan ibarət qrupun sui-qəsd cəhdinin qarşısı alınıb.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti
Ərdoğan İlham Əliyevə zəng etdi
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR