Zəlzələdə valideynlərini itirən qızın paylaşımı hər kəsi ağlatdı

Zəlzələdə valideynlərini itirən qızın paylaşımı hər kəsi ağlatdıAdıyamanda zəlzələdə həyatını itirən tibb bacısı Gülsüm Börtanın qızı Merve Börtanın hekayəsi Türkiyəni yasa boğub.
azxeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Merve son paylaşımı ilə bir daha ürəkləri sızladıb.
Adıyamanda yaşayan tibb bacısı Gülsüm Börta və əri Mehmet Börta dağıntılar altında qalaraq həyatını itirib.
Gülsüm-Mehmet Börta cütlüyünün Sanko Universitetinin Tibb fakültəsinin tələbəsi olan qızı Merve Börta dağıntılar altında atasının mobil telefonunu tapıb.
Ad günü fevralın 18-də olan Merve Börta atasının mobil telefonuna baxarkən sonuncu sifarişin ad günü hədiyyəsi olduğunu görüb və göz yaşlarına hakim ola bilməyib.
Fevralın 18-i Merve Börtanın valideynləri olmadan ilk doğum günü olub.
Merve Börta 18 fevralda ad günündə Tvitter hesabında "Bu gün mənim ad günümdür. Bu gün mənə anamı xatırladır. Deyim ki, hər ad günümü qeyd edən həyatsevər qız idim. Ailəm və dostlarımla qeyd edirdim. Aylar əvvəl bütün dostlarıma, valideynlərimə siyahı hazırlayırdım. Biz yer tuturduq. Ailəm tortdan tutmuş şama qədər hər bir detala diqqət yetirirdi. Ad günümdə bütün sevdiklərim yanımda olurdu. Aylar əvvəl bu gün üçün paltar alırdım. Bu il üçün də bütün planlarımı qurmuşdum. Məndən soruşsanız, dünyada valideynlərimi itirən sonuncu insan olardım. Həyatım bir gecədə dəyişdi. Deyəcəm ki, həyat planlar qurmaq üçün çox qısadır. Gələcəyimizə heç bir zəmanət yoxdur", - deyə o, paylaşımında bildirib.
Merve Börta imtahandan əvvəl anası ilə son yazışmasının ekran görüntüsünü də paylaşıb. Gənc qız "5 ildir tibb tələbəsiyəm. Hər imtahandan əvvəl anam, atama mesaj yazardım. Mən onlardan mənim üçün dua etmələrini istəyərdim. Anam da mənim qədər həyəcan keçirərdi. Ana və ata, mən sizin üçün çox darıxdım. Kim mənə deyəcək ki, qızım, stress çəkmə?, o, paylaşımda qeyd edib.
Börta ata-anasının qızıllarının və şəxsi əşyalarının dağıntılar altından oğurlanmasına da üsyan edib:
"Ailəmdən qalan qızıl və şəxsi əşyalar dağıntı yerində oğrular tərəfindən oğurlanıb".
Ayşən

Şou Biznes       Tarix: 25 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasını

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber saytlari ensonxeberler metbuat xeberleri en son xəbərlər bugün